525.Az

Medvedev: “Rusiya ərzaq böhranlarının qarşısını ala bilər”


 

Medvedev: “Rusiya ərzaq böhranlarının qarşısını ala bilər”<b style="color:red"></b>

Rusiya ərzaq böhranlarının qarşısını ala bilər.

525.az-ın məlumatına görə, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Telegram” kanalında yazıb.

“Sadəcə bizim işimizə qarışmayın. Rusiya öhdəliklərini tam şəkildə yerinə yetirməyə hazırdır, eyni zamanda ticarət tərəfdaşlarından, o cümlədən beynəlxalq platformalarda yardım gözləyir. Amma məntiqsiz çıxır: bir tərəfdən bizə qarşı sərsəm sanksiyalar tətbiq edilir, digər tərəfdən ərzaq tədarükünü tələb edirlər. Belə olmur, biz axmaq deyilik. Bir daha vurğulayıram: biz öz bazarımızın ziyanına heç bir ərzaq ixrac etməyəcəyik. Rusiya vətəndaşları üçün ərzaq müqəddəs işdir”, - deyə Medvedev qeyd edib.

 





19.05.2022    çap et  çap et