525.Az

Bakı Şəhər İcra Hakimiyyətindən sakinlərə müraciət


 

Bakı Şəhər İcra Hakimiyyətindən sakinlərə müraciət <b style="color:red"></b>

Yaz mövsümü ilə əlaqədar sabah, mayının 21-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda ümumşəhər daxili iməciliyinin keçirilməsi qərara alınıb.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən 525.az-a verilən xəbərə görə, daxili iməcilik zamanı prospekt və küçələr, səki kənarları, bordür və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, köşklər və dayanacaqlar, ağaclar və yaşıllıq zolaqları yuyulacaq, ağaclar budanacaq, həyət və məhəllələrdə təmizlik-abadlıq işləri görüləcək.

"Bakı Şəhər İcra Hakimiyyəti müəssisə, idarə və təşkilatların kollektivlərini, paytaxt sakinlərini bu iməcilikdə fəal olmağa çağırır, həmçinin sahibkarlar və özəl sektorda çalışanlara müraciət edərək onları özlərinə məxsus ticarət, ictimai-iaşə və digər obyektlərin fasad və vitrinlərində, obyektlərinin qarşısında təmizlik və səliqə-sahman yaradılmasında iştirak etməyə dəvət edir", - məlumatda deyilir.

 





20.05.2022    çap et  çap et