525.Az

Umud Rəhimoğlu: "Beynəlxalq təşkilatlar daha çox maraq dairələrində olan məsələlərdən danışırlar"


 

Umud Rəhimoğlu: "Beynəlxalq təşkilatlar daha çox maraq dairələrində olan məsələlərdən danışırlar"<b style="color:red"></b>

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu fondun əməliyyat departamentinin rəhbəri Ramil Əzizov mayın 26-28- Qətərin paytaxtı Doha şəhərində, Əl-Cəzirə Media Şəbəkəsi tərəfindən təşkil olunan "Ərəb dünyasında dəyişikliklər: istiqamət haradır?" movzusunda beynəlxalq forumda iştirak edib.

Tədbirdə çıxış edən Əl-Cəzirə Media Şəbəkəsinin sədri Hamad bin Tamer al Thani Türkiyənin baş nazirinin müavini Bülent Arınç ümumilikdə islam dünyasında baş verən dəyişikliklərin mahiyyətinə toxunub.

"İkinci Dünya müharibəsindən sonra yeni bir soyuq müharibə dövrü yaşanmaqdadır. Suriya Ukraynada baş verənlər bizi ciddi şəkildə narahat edir. Belə bir şəraitdə arada qalan deyil, ara bulucu olmalıyıq" - deyən Türkiyənin baş nazirinin müavini əlavə edib ki, inkişaf demokratiya üçün "Yalançı ərəb baharı qışlarına deyil, qarşılıqlı dialoq, əzmlə fəaliyyətə ümumi həmrəyliyə nail olunmalıdır".

Tədbirdə çıxış edən Mərakeşin təhsil naziri Somaia Benxaldoun, Suriya Milli Şurasının keçmiş rəhbəri Burhan Qaliun, "Le Monde Diplomatq" jurnalının baş redaktoru Alain Greş, Tunisin keçmiş baş naziri Əli Laridih regionun inkşafı üçün qarşılıqlı dialoqun əməkdaşlıq imkanlarının gücləndirilməsindən danışıblar. Daha sonra Forum "Ərəb ölkələrində dəyişikliklər zamanı gənclərin rolu", "Media təlimləri sosial dəyişikliklər", "Böhran dövründə insan haqlarının medianın rolu", "Türkiyənin regiondakı siyasətində baş verən dəyişikliklər onun tətbiqi" mövzularında panel müzakirələr başlanıb.

Mayın 27- "Böhran dövründə insan haqlarının medianın rolu" mövzusunda paneldə çıxış edən Umud Rəhimoğlu Azərbaycan ərazilərinin işğal faktorunun aradan qaldırılması, bir milyondan çox qaçqın məcburi köçkünün hüquqlarının bərpa edilməsi istiqamətində birgə səylərin birləşdirilməsinin vacibliyini bildirib. "Bəzən beynəlxalq təşkilatlar Azərbaycanın bir milyondan yuxarı məcburi köçkününün hüquqlarını deyil,  müharibə zamanı öldürülən dinc insanların,  media işçilərinin yaşamaq hüquqlarından deyil, daha çox maraq dairələrində olan məsələlərdən danışmağa üstünlük verirlər" deyən U. Rəhimoğlu Cənubi Qafqazda, eləcə postsovet məkanında yaranan münaqişələrin mahiyyətinə toxunaraq, bu münaqişələrin yaranmasında obyektiv informasiyanın olmaması faktorunun həlledici olduğunu qeyd edib. Çıxışının sonunda o, bütün media qurumlarını, insan hüquqları müdafiəçilərini, vətəndaş cəmiyyəti qurumlarını işğal faktorunun aradan qaldırılmasında eləcə medianın, insan hüquq azadlıqlarının qorunmasında həmrəy olmağa çağırıb. 

Daha sonra U. Rəhimoğlu BMT baş katibinin İnsan Haqları üzrə müşaviri ilə birgə media insan hüquqları sahəsində səylərin birləşdirilməsi, müvafiq normativ sənədlərin icrasına nəzarət ümumi fəaliyyətin hüquqi formatının müəyyən edilməsi, humanitar böhran münaqişələr dövründə medianın rolu, azad sözün ifadə sərbəstliyinin qorunması, media işçilərinin təhlükəli tapşırıqlarda qorunması, zorakılıqların qarşısının alınması sair məsələlərə dair müzakirələrə qatılıb.

U. Rəhimoğlu tədbirin özəl qonaqları olan beynəlxalq təşkilatların nümayəndələri ilə birgə, forum zamanı səslənən fikirlərin ümumiləşdirilərək maraqlı tərəflərlə paylaşılması regionda daha ciddi bir media insan haqlarının qorunması şəbəkəsinin yaradılmasına dair Əl-Cəzirə rəhbərliyi ilə müzakirələrə qoşulub. Daha sonra Əl-Cəzirə Media Şəbəkəsinn İcraçı direktoru Mustafa Souj, İnsan Haqları Departamentinin rəhbəri Sami-əl Hac Baş prodüser Həsən Said Elmogummerlə təkbətək görüşən U.Rəhimoğlu qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması, Əl-Cəzirənin Azərbaycandan yayımlanması perspektivləri, Azərbaycan həqiqətlərinin daha doğru etibarlı mənbələrdən alınmış obyektiv informasiya əsasında işıqlandırılması, Qarabağ münaqişəsinə dair beynəlxalq forumun təşkilinə dair danışıqlar aparıb. Bununla yanaşı O, Əl-Cəzirə rəhbərliyi ilə konflikt bölgələrində, eləcə Beynəlxalq Sülh Bürosu tərəfindən nümayəndəsi olduğu 18 Qərbi Asiya ölkəsində sülh quruculuğuna xidmət edən aksiyaların keçirilməsi məsələsini müzakirə edib.

Forumun işinə mayın 28- yekun vurulub. 500 nəfərdən çox ictimai-siyasi xadimi bir araya gətirən 8-ci Əl-Cəzirə Forumu Regionda sülhün bərqərar olunması, azad medianın insan haqlarının qorunması, humanitar böhran zamanı təhlükəsizliyin gücləndirilməsi istiqamətində çağırışlar ilə yadda qalıb.

 





30.05.2014    çap et  çap et