525.Az

Rəşad Məmmədov Türkiyədə qazilərimizlə görüşdü


 

Rəşad Məmmədov Türkiyədə qazilərimizlə görüşdü<b style="color:red"></b>

Azərbaycanın Türkiyədəki səfirliyində Türkiyənin Müharibə qaziləri dərnəyinin dəvəti və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə Türkiyəyə səfər etmiş qazilərimizlə görüş keçirilib.

Səfirlikdən 525.az-a verilən məlumata görə, diplomatların, Səfirlik nəzdindəki Hərbi attaselik aparatının əməkdaşlarının, eləcə də Türkiyə Müharibə Qaziləri Dərnəyinin və Təqaüddə olan Gizirlər Dərnəyinin nümayəndələrinin də iştirak etdiyi görüşdə səfir Rəşad Məmmədov qaziləri salamlayaraq, onların 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığın hər bir Azərbaycan gənci üçün örnək təşkil etdiyini bildirib.

Səfir Azərbaycan dövlətinin qazilərə göstərdiyi yüksək diqqətdən danışaraq, bir çox qazimizin məhz qardaş Türkiyədə müalicə aldığını və reabilitasiya keçdiyini qeyd etmiş, türk həkimlərinin onlara xüsusi qayğısını vurğulayıb. Səfir Rəşad Məmmədov türkiyəli qazilərin azərbaycanlı qardaşlarına mənəvi və psixoloji dəstəyinin mühüm önəmini də qeyd edib.

Səmimi şəraitdə keçən görüşdə qazilər də öz fikirlərini ifadə etmiş, dövlətin onlara qayğı və diqqətindən razılıq etmiş və təkliflərini səsləndiriblər.

 





20.05.2022    çap et  çap et