Oğurluq etmiş Bakı şəhər sakini Səbinə Hüseynova tutulub.
525.az-ın DİN-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, o, Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tapılıb.
Qeyd edək ki, Səbinə Hüseynova oktyabrın 21-də Azadlıq prospektindəki "Bahar" kafesində, həmyerlisi, Bakı şəhər sakini Minaxanım Rəhimovanın çantasından 240 manat pul oğurlayıb.
çap et