525.Az

NASA Marsdakı sirli qapıların görüntüsünü yayımlayıb - Foto


 

NASA Marsdakı sirli qapıların görüntüsünü yayımlayıb - <b style="color:red">Foto</b>

 

NASA  Marsdakı Misir məzarı ilə əlaqəli olduğunu düşünülən sirli qapıların görüntülərini yayımlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, NASA-nın ötən günlərdə yayımladığı Qırmızı Planet Mars görüntülərində ortaya çıxan sirli qapı çaşdırmağa davam edərkən, özünü yadplanetli mütəxəssis kimi təqdim edən YouTube məzmun provayderinin iddiası ətrafı çaşdırıb. Görüntüləri araşdıran ekspert həmin qapı kimi yaxınlıqda 6 fərqli qapının olduğunu və bunun Misir məzarları ilə əlaqəli olduğunu iddia edib. Nəzəriyyəçiləri uzun müddətdir ki, ağıllı varlıqların Marsda yaşadığını və sivilizasiyalar qurduğunu iddia edirlər. Nəzəriyyəçilərə görə, NASA bu vəziyyəti gizlədir və Marsda heç bir şey olmadığını deyir. Bu mövzu illərdir müzakirə olunsa da, NASA-nın paylaşdığı son görüntülər onları çaşdırıb. Mayın 7-də NASA-nın "Curiosity" kosmik gəmisində Mast Camera tərəfindən çəkilmiş görüntü dünyanı şoka salıb. Çəkilən görüntüdə qayaya qazılmış qapıya bənzəyən tikili görünür. Digər tərəfdən "Daily Star" qəzetində yer alan xəbərə görə, özünü UFO mütəxəssisi elan edən Skot Uorinq, bu dəfə Marsda qədim Misir məzarı tapdığını iddia edir. Uorinq sosial media platforması YouTube-da bir video yerləşdirdi o bu sirli tikililərdən ən azı 6-nın Ramzes türbəsinin girişinə bənzədiyinə inanır. Uorinqin sözlərinə görə, fotoşəkillərdən birində öküz sfinksi təsvir olunub. Buğanın qanadları bükülür. O, həmçinin ərazidə mərcan ilanı kimi bir rəngin olduğunu iddia edir. 

Qeyd edək ki, NASA bu məsələ ilə bağlı çalışmaları yeniləyib və sürətləndirib.

Məhəmməd Tağıyev

 





21.05.2022    çap et  çap et