525.Az

Yazıçılar Birliyində Ağacəfər Həsənlinin 60 yaşı qeyd olunub


 

Yazıçılar Birliyində Ağacəfər Həsənlinin 60 yaşı qeyd olunub<b style="color:red"></b>

Ötən gün Yazıçılar Birliyində tanınmış şair-publisist  Ağacəfər Həsənlinin 60 illik yubileyinə həsr olunmuş mərasim keçirilib.

Tədbiri açan şair Çingiz Əlioğlu yubilyarla tanışlıq tarixçəsindən danışıb, şairin həyat yaradıcılıq yoluna nəzər salıb: "Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri olan Ağacəfər Həsənli Lerik rayonunun Rvarud kəndində dünyaya gəlib. İndiyə qədər onlarla şeir, publisistika tərcümə kitabları işıq üzü görüb. Şairin 2011-ci ildə nəşr olunmuş "Ümidimin adına küçə" şeirlər poemalar toplusu Mədəniyyət Turizm Nazirliyinin iki ildən bir keçirilən "Qızıl kəlmə" ədəbi mükafatına layiq görülüb. Ağacəfər Həsənli ədəbiyyatımızı bir sıra beynəlxalq tədbirlərdə ləyaqətlə təmsil edib, mükafatlarla geri dönüb. O, Qaracaoğlan poeziya festivalının qalibi, TÜRKSOY mükafatı laureatıdır. Şairin əsərləri 30-dan çox dilə -rus, ingilis, fransız, bolqar, ərəb, qazax, Ukrayna, çex başqa dillərə tərcümə edilib. Hazırda Ağacəfər Həsənli "Mars" ədəbi-bədii, elmi-publisistik jurnalının baş redaktorudur".

Professor Vaqif Yusifli çıxışında yubilyarın yaradıcılığı ilə bağlı fikirlərini bölüşüb: "Ağacəfər Həsənlinin şair səciyyəsi haqda söz açarkən heç şübhəsiz, onun fərdi üslubu, yazı manerası, dəst-xətti haqqında danışmaq da zəruridir. Ağacəfər Həsənli lirik şairdir onun üslubu da bu xətt üzrə köklənib. Lirika onun ilk şeirlərindən tutmuş poemalarına qədər bütün poeziyasının başlıca istiqamətini, daha doğrusu, mahiyyətini təşkil edir. Tehran Əlişanoğlu Ağacəfər Həsənlidən "ağrı şairi" kimi danışmağı doğru hesab eləmir, amma bizim fikrimizcə, Ağacəfərin Vətən şeirlərində ağrı motivi güclüdür. Ağacəfər Həsənlinin dünya, onun keçmişi indisi, həyat kainat, xeyir şər, işıq zülmət, ölüm olum, məhəbbət nifrət haqqında düşüncələri reallığın özündən doğur. Şair o zaman filosofa çevrilir ki, o, həyatın bütün gedişlərinə, tarixin dünəninə bugününə aid fikir mülahizələrini ümumiləşdirmək istəyir". V.Yusifli qeyd edib ki, yubilyarın poetik təfəkkür tərzi dünyanın dərkində yeni, modern meyillərlə diqəti cəlb edir: "Onun heç bir şeirinə "bu, modern nümunədir" deyib seçib fərqləndlirə bilmərik. Yəni, Ağacəfər Həsənli heç bir şeirində belə bir təşəbbüs xülyasında olmayıb. Amma onun şeirlərində modern şeirə xas olan bəzi məqamlar nəzərə çarpır".

Tədbirdə çıxış edən şairlər Vaqif Bəhmənli, Sabir Rüstəmxanlı, Oqtay Rza, Yusif Nəğməkar, Balayar Sadiq, Əlisəmid Kür, Maarif Soltan başqaları yubilyarı təbrik ediblər, onun insani keyfiyyətlərindən yaradıcılığının məziyyətlərindən söz açıblar.

Tədbirdə şairin bugünlərdə nəşr olunmuş "İlğım" kitabının təqdimatı da keçirilib. Kitabda şairin "İki daşın arasında" "Özümə qayıt" başlıqları altında şeirləri iki poeması yer alıb. 

Sonda yubilyar çıxış edib, qonaqlara minnətdarlığını bildirib.  

S.ABDULLAYEVA

 





30.05.2014    çap et  çap et