https://525.az/img/pics/medium/2023-09/284652_pdttwsp03a.jpg "Sıfırı yeddinin yanından silin..." - Lətif Şüküroğlu yazır
https://525.az/img/pics/medium/2024-03/308247_oo9k2t4ndt.jpg Prezident Rəşad Məcidi təltif etdi
https://525.az/img/pics/medium/2024-03/308179_uqkco4683w.jpg Beynəlxalq və milli səviyyədə qeyd edilən Elm Günü
https://525.az/img/pics/medium/2024-03/308184_qvwzs8uhve.jpg Sinan Səid
search
28 Mart 2024

Şəhriyar Məmmədyarov “Chessable Masters” turnirində növbəti qarşılaşmalarda iştirak edəcək

Şəhriyar Məmmədyarov “Chessable Masters” turnirində növbəti qarşılaşmalarda iştirak edəcək

Bu gün “Champions Chess Tour” onlayn seriyasının dördüncü mərhələsi olan “Chessable Masters” yarışında ilkin mərhələnin son oyunları keçiriləcək.

525.az xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov günün ilk görüşündə - 13-cü turda Cons Gevane (İngiltərə) ilə qarşılaşacaq. Sonrakı iki turda David Guizarro (İspaniya) və Dinq Liren (Çin) ilə mübarizə aparacaq. Qeyd edək ki, şahmatçımız ötən turlarda 19 xal toplayaraq 16 şahmatçı arasında 5-ci pillədə qərarlaşıb.

Şahmatçılar ilkin mərhələdə dairəvi sistem üzrə yarışırlar. Yekun nəticədə, səkkiz ən güclü şahmatçı nokaut sistemi üzrə keçiriləcək növbəti mərhələyə vəsiqə qazanacaq.

Mayın 26-dək davam edəcək turnirin mükafat fondu 210 min ABŞ dollarıdır.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.