525.Az

İstifadəyə yararsız sursatların utilizasiyası davam edir


 

İstifadəyə yararsız sursatların utilizasiyası davam edir<b style="color:red"></b>

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

525.az-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunur ki, döyüş sursatlarının utilizasiya prosesi 23.05.2022-ci il tarixdən 28.05.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

 





23.05.2022    çap et  çap et