525.Az

NMR-də orta aylıq əməkhaqqı 9%-dən çox artıb


 

NMR-də orta aylıq əməkhaqqı 9%-dən çox artıb<b style="color:red"></b>

Bu ilin yanvar-mart ayında Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında bir işçiyə hesablanan orta aylıq əməkhaqqı 585,8 manat təşkil edib.

Naxçıvan Dövlət Statistika Komitəsindən 525.az-a verilən məlumata görə, bu 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 9,2% çoxdur.
Xatırladaq ki, bu ilin yanvar-fevral ayında Muxtar Respublikada orta aylıq əməkhaqqı üzrə göstərici 559,6 manata bərabər olub.

 





23.05.2022    çap et  çap et