525.Az

Azad edilmiş ərazilərdə daha 178 mina aşkarlanıb


 

Azad edilmiş ərazilərdə daha 178 mina aşkarlanıb<b style="color:red"></b>

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan 525.az-a bildirilib ki, mayın 16-dan 21-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 109 piyada əleyhinə mina, 69 tank əleyhinə mina və 155 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 413 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

 





23.05.2022    çap et  çap et