525.Az

Azərbaycan atleti qızıl medal qazanıb


 

Azərbaycan atleti qızıl medal qazanıb<b style="color:red"></b>

İspaniyanın Qranada şəhərində Beynəlxalq Atıcılıq İdman Federasiyasının Qran Pri-2022 yarışının ilk qaliblərindən biri atletimiz Ruslan Lunyov olub.

Azərbaycan Atletika Federasiyasından (AAF) 525.az-a verilən məlumata görə, həmvətənimiz 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada qalib gələrək qızıl medal qazanıb. Azərbaycanlı atlet 26 ən güclü atıcı arasında fərqlənməyə nail olub.

Qranada Qran Pri-si mayın 29-dək davam edəcək. Tüfəng, tapança və stend atıcılığı üzrə yarışlarda 37 ölkədən 250-dən çox idmançı medallar uğrunda mübarizə aparacaq.

 





23.05.2022    çap et  çap et