525.Az

Bu gün Əfv Komissiyasının növbəti iclası keçirilib - Yenilənib


 

Bu gün Əfv Komissiyasının növbəti iclası keçirilib -<b style="color:red"> Yenilənib</b>

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçirilib.

“525.az" xəbər verir ki,  bununla da Komissiyanın iclasları başa çatıb.

Belə ki, bugünkü iclasda 100-dən çox müraciətə baxılıb. Bununla da ümumilikdə iclaslarda 600-dən çox müraciətə baxılıb.

Yekun siyahı Prezident İlham Əliyevə təqdim olunacaq. Dövlət başçısının  28 May - Müstəqillik Günü münasibətilə bayram ərəfəsində əfv sərəncamı imzalayacağı gözlənilir.

***

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası başlayıb.

"525.az" xəbər verir ki, iclasda komissiyaya daxil olan müraciətlərə baxılacaq.

***

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.

525.az-ın xəbərinə görə, toplantıda əfvlə bağlı müraciətlərə baxılacaq.

Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının bundan əvvəlki iclaslarında əfvlə bağlı 500-dən artıq müraciətə baxılıb.

 





23.05.2022    çap et  çap et