525.Az

Müəllimlərin yerdəyişməsi üçün vakansiya seçimi başa çatıb


 

Müəllimlərin yerdəyişməsi üçün vakansiya seçimi başa çatıb<b style="color:red"></b>

Dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsi başa çatıb.

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən 525.az-a verilən xəbərə görə, 18-23 may tarixlərində keçirilən müsabiqənin vakansiya seçimi mərhələsində 2090 nəfər namizəd vakant yer seçərək elektron ərizəsini təsdiqləyib.

Növbəti mərhələdə elektron yerləşdirmənin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

 





23.05.2022    çap et  çap et