525.Az

Son 5 ildə 6852 uşağın doğumu qeydiyyatı alınmayıb


 

Son 5 ildə 6852 uşağın doğumu qeydiyyatı alınmayıb<b style="color:red"></b>


Son 5 il ərzində qeydiyyat şöbələri tərəfindən əvvəlki illərdə doğulmuş və doğumu dövlət qeydiyyatına alınmamış uşaqların doğumunun qeydə alınmasına dair statistikası məlum olub.

525.az xəbər verir ki , bunu Ədliyyə Nazirliyinin İnsan Hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Aynur Sabitova “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə deyib. O bildirib ki, son 5 ildə 6852 bu cür hal olub, onlardan 6458 aşkarlanaraq qeydiyyata alınıb.

"2018-ci ilə 2167 belə hal olub, onlardan 2054-ü aşkarlanıb, 2019-cu ildə bu rəqəm 1980 olub, 1813-ü aşkarlanıb. 2020-ci ildə doğumu qeydə alınmayan uşaqlarının sayı 1312 olub, onlardan 1205 fakt aşkar edilib. 2021-ci ildən sonra isə bu hallar müəyyən qədər azalıb. 2021-ci ildə 972- i uşağın doğum haqda qeydiyyatı olmayıb, onlardan 937-i aşkar edilib. Bu il mayın 1-ə qədər isə bu rəqəm 449-dur, onlardan 421-i aşkar edilərək qeydiyyata götürülüb"- deyə idarə rəisi deyib.

 





23.05.2022    çap et  çap et