525.Az

Bakı-Naxçıvan təyyarəsi tufanla əlaqədar geri qayıdıb


 

Bakı-Naxçıvan təyyarəsi tufanla əlaqədar geri qayıdıb<b style="color:red"></b>

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 257 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar hava limanına geri qayıtmaq qərarına gəlib.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən 525.az-a verilən xəbərə görə, təyyarə saat 21:00-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.

 





24.05.2022    çap et  çap et