525.Az

Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçildi


 

Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçildi<b style="color:red"></b>

İTV-nin baş direktoru vəzifəsinə seçki keçirilib.

525.az xəbər verir ki, Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib.

Yayım Şurasının 9 üzvü gizli səsvermədə iştirak edib və onlardan 9 nəfəri də Balakişi Qasımovun lehinə səs verib.

Qeyd edək ki, İTV-nin baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bir müddət əvvəl bu vəzifəyə seçki elan edilib və 8 nəfər iddiaçı – Nəsirov Rəşad Barat oğlu, Məmmədzadə Tural Sahib oğlu, Həsənov Anar Bəybala oğlu, Abbasova Təranə Süleyman qızı, Qasımov Balakişi Ələkbər oğlu, Əliyev Ədalət İsaxan oğlu, Əlizadə Üzeyir Əli oğlu və Nağıyev Anar Əlişah oğlu sənədlərini təqdim edib.

 





24.05.2022    çap et  çap et