525.Az

ADPU-nun əməkdaşları İsveçə səfər ediblər


 

ADPU-nun əməkdaşları İsveçə səfər ediblər<b style="color:red"></b>

Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsinin 16-20 may 2022-ci il tarixlərini əhatə edən “Ali təhsil sisteminin inkişafında rektorlar konfransının rolu” adlı növbəti seminarına İsveçin nüfuzlu universitetlərindən biri olan Kral Texnologiya Universiteti ev sahibliyi edib.

ADPU-nun mətbuat katibi Cavid Hüseynovun 525.az-a verdiyi məlumata görə, seminar Azərbaycanda rektorlar konfransının yaradılması və ali təhsilin inkişaf etdirilməsi üçün Avropa təcrübəsinin öyrənilməsinə həsr edilib. Tədbirə Azərbaycan Respublikası Təhsil nazirinin müşaviri Nicat Məmmədli, ölkəmizin 15 ali təhsil müəssisəsinin rəhbər şəxsləri qatılıb.      

Tədbirdə İsveç, Litva, Finlandiya və Polşa Rektorlar Konfransının səlahiyyətli nümayəndələri, Kral Texnologiya Universitetinin, Stokholm Universitetinin və Haaga-Helia Tətbiqi Elmlər Universitetinin rektorları iştirak ediblər.                                           

Tədbirin açılış hissəsində ECAR layihəsinin qısa hesabatı dinlənilmiş, İsveçin aparıcı mühəndislik universiteti olan Kral Texnologiya İnstitutu, Litva universitetlərinin rektorlarının konfransı və onların Litva ali təhsilindəki rolu haqqında çıxışlar səsləndirilmişdir. Tədbirin davamında  Stokholm Universitetinin rektoru, İsveç Ali Təhsil Müəssisələrinin Assosiasiyasının sədri Astrid Söderberk Vidinqin “İsveç Ali Təhsil Müəssisələrinin Assosiasiyası”, Avropa Universitetlər Birliyinin Baş katibinin müavini Monika Steinelin “Sərhədsiz Universitetlər- 2030 gələcəyə baxış” mövzularında təqdimatı keçirilib.                      

Qeyd edək ki, tədbirdə iştirak etmək üçün Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov, ümumi işlər üzrə prorektoru Tural Cəlilov, strateji inkişaf üzrə rektorun müşaviri Ümid Mehdiyev İsveçə səfər ediblər.

 

 





24.05.2022    çap et  çap et