525.Az

Parisdə Azərbaycanın Müstəqillik Günü münasibətilə konsert olacaq


 

Parisdə Azərbaycanın Müstəqillik Günü münasibətilə konsert olacaq  <b style="color:red"></b>

Mayın 24-də Paris şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzində 28 May – Müstəqillik Gününə həsr olunmuş konsert keçiriləcək.

525.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin, ölkəmizin Fransadakı səfirliyinin dəstəyi və Azərbaycanın Fransadakı Dostları Assosiasiyasının təşkilatçılığı ilə baş tutacaq tədbirdə yerli ictimai-siyasi xadimlərin, diplomatik korpusun və Azərbaycan diasporunun nümayəndələrinin iştirak etməsi gözlənilir. 

Konsertdə Azərbaycanın xalq artisti Fidan Hacıyeva və tanınmış pianoçu-bəstəkar Könül Hüseynova çıxış edəcəklər. Konsert proqramına Azərbaycan və Avropabəstəkarlarının əsərləri daxildir.

Tədbirdə Könül Hüseynovanın “Şuşa ili” çərçivəsində bəstələdiyi “Şuşam mənim” əsəri də səslənəcək.

 





24.05.2022    çap et  çap et