525.Az

Prezident dövlət peşə təhsil müəssisələrində oxuyanlara təqaüdün verilməsinə dair qanunu təsdiqləyib


 

Prezident dövlət peşə təhsil müəssisələrində oxuyanlara təqaüdün verilməsinə dair qanunu təsdiqləyib<b style="color:red"></b>

Prezident İlham Əliyev "Peşə təhsili haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

"525.az" xəbər verir ki, dəyişikliklə Qanunun 10.11-ci bəndi yeni redaksiyada verilib.

Yeni redaksiyaya əsasən dövlət peşə təhsil müəssisələrində təhsilalanlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə təqaüd veriləcək.

Qanunun 10.11-ci bəndinin əvvəlki variantı isə belə olub: "Dövlət peşə təhsili müəssisələrində dövlət hesabına təhsilalanlara məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi təqaüd verilir".

 





24.05.2022    çap et  çap et