525.Az

Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivalda


 

Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivalda<b style="color:red"></b>

Gənc Tamaşaçılar Teatrı Makedoniyanın Bitola şəhərində 23-cü beynəlxalq MONODRAMA festivalında iştirak edib.

Teatr festivala N.Qoqol  "Dəlinin qeydləri" (Quruluşçu rejissor - Xalq artisti Cənnət Səlimova. Rəssam - Lətifə Quluzadə) tamaşası ilə qatılıb. Tamaşada əsas rolu Əməkdar artist Şövqi Hüseynov ifa edir. Səhnə əsərində Alfred Şnitkenin musiqilərindən istifadə olunub.

Qeyd edək ki, Gənc Tamaşaçılar Teatrı həmin festivalda 2018-ci ildə Patrik Zyuskindin "Kontrabas" əsəriylə iştirak edib və Qran-Priyə layiq görülüb. Nüfuzlu və irimiqyaslı festivala Xorvatiya, İspaniya, Polşa, Moldova, İngiltərə, İsrail, Bolqariya, Macarıstan, Türkiyə teatrları qatılıblar. Böyük maraqla qarşılanan tamaşa sənətsevərləri təsirləndirib. Tamaşadan sonra Şövqi Hüseynov təşkilat komitəsinin diplomu ilə təltif olunub.

Qeyd edək ki, sevilən aktyor Şövqi Hüseynov mono-tamaşaları ilə dünyanın dörd bir yanında festivallarda iştirak edib, müxtəlif mükafatlara layiq görülüb. 

 





24.05.2022    çap et  çap et