525.Az

Oğurlanmış medal tapıldı


 

Oğurlanmış medal tapıldı<b style="color:red"></b>

"Milan"ın baş məşqçisi olan Stefano Piolinin oğurlanan çempionluq medalı tapılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Milanın ötən bazar günü "Sassuolo" üzərində (3:0) hesablı qələbəsindən sonra çempionluq bayramı zamanı yoxa çıxan medalı 20-25 yaş arası üç gənc tərəfindən tapılıb. Gənclərin medalı stadionun meydançası ilə soyunub-geyinmə otağı arasında bir yerdə tapdıqları və daha sonra vəkilləri vasitəsilə İtaliya jandarmına təhvil verdikləri qeyd edilib. 

Mətbuatda bildirilirdi ki, jandarma medalın necə itirilməsi və yenidən necə tapılması ilə bağlı araşdırmaları davam etdirir. 56 yaşlı məşqçi medalını itirməsi ilə bağlı açıqlamada "Medalımı boynumdan oğurladılar. Onu tapmağa kömək edin. Xahiş edirəm, onu geri gətirin. Bu, əlimdə olan yeganə medaldır" deyib. Bu açıqlamadan sonra "Serie A" liqa rəhbərliyi Pioliyə yeni medal verəcəklərini açıqlamışdı.

Qeyd edək ki, Milan 11 il sonra yenidən İtaliya çempionu oldu və rəqibi eyniadlı şəhərin təmsilçisi "İnter"i 1 xal qabaqlamışdı.

Məhəmməd Tağıyev

 





25.05.2022    çap et  çap et