525.Az

AAYDA hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib


 

AAYDA hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib<b style="color:red"></b>

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ölkə ərazisində müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraiti ilə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçib.

525.az Agentliyinə istinadən xəbər verir ki, avtomobil yolları, küçə və prospektlər nəzarət altında saxlanılır.

Qurumun Bakıda xidmət etdiyi küçə və prospektlərdə, həmçinin respublikanın avtomobil yollarında yağış və sel sularının avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətində yarada biləcəyi hər-hansı problemi aradan qaldırmaq məqsədi ilə Agentliyin tabeliyində olan bütün MMC-lərin canlı qüvvəsi, həmçinin maşın-mexanizm və texnikaları hazır vəziyyətə gətirilib.

Vətəndaşlardan avtomobil yollarında yağış və sel sularının avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətində yarada biləcəyi hər-hansı problemlə bağlı Agentliyin “Qaynar Xətt”i olan 012-599-79-75 nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

 





25.05.2022    çap et  çap et