Çində baş verən partlayışda çoxlu ev və iş yerlərinin dağıldığı bildirilib. Ölən və yaralananların sayı ilə bağlı açıqlama verilməsə də, bölgəyə çox sayda yanğınsöndürən və təcili yardım göndərilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Çinin Quançjou şəhərində bir iş yerində partlayış baş verib. Partlayış nəticəsində çoxlu sayda ev və iş yerinə ziyan dəyib, dağıntılar altında qalan 3 nəfər xilas edilib.
Partlayışın iş yerində qaz sızması nəticəsində baş verdiyi ehtimal edilir. Səlahiyyətlilər axtarış-xilasetmə əməliyyatının davam etdiyini bildiriblər.
Məhəmməd Tağıyev