525.Az

“1 fırça, 1000” rəng adlı inklüziv sərgi - Video (Şəkil)


 

“1 fırça, 1000” rəng adlı inklüziv sərgi - <b style="color:red">Video (Şəkil)</b>

22 may tarixində “Baku Electronics”in baş sponsorluğu, “İşarə dili” təlimçisi və sosial layihələr üzrə  təşkilatçı Nuranə Abıyeva, rəssam Emiliya Axundova, modelyer-dizayner Nəzrin Nəcəfova və marketinq üzrə mütəxəssis Oksana Səlimovanın təşkilatçılığı və “Binəqədi Gənclər evi” “Binəqədi Rayon Gənclər və İdman İdarəsi” və “Tünzalə A. FAN Club”ın dəstəyi ilə Arte DiCafedə “1 fırça,1000 rəng" adlı inklüziv sərgi təşkil edildi.

Sərgidə müxtəlif fiziki məhdudiyyəti  olan gənc və yeniyetmə rəssamlar Şəhla Nağıyeva, Lalə Həsənova, Əli İskəndərli, Nərmin Hümbətzadə, Şamxal Xələfli, Mehriban Tağıyeva və Ceyhun Ənvərzadənin əl işlərindən və əsərlərindən ibarət satış yarmarkası oldu. Eyni zamanda verilən mövzuya əsasən elə sərgi daxilində canlı olaraq rəsm əsərləri  çəkildi. Layihə çərçivəsində hər bir rəssamın yanında bu sahədə uğur qazanmış və əsərləri ilə seçilən rəssamlar da iştirak edirdi. Nəzrin Nəcəfova, Emiliya Axundova, Seyfəli Rüstəmzadə, Nəzrin Hacıyeva, Məryəm Məmmədova, İskəndər Məmmədov, Oksana Səlimova hər biri tədbir boyu gənc rəssamların yanında onlarla bərabər öz əsərlərini yaratdılar.

Daha sonra iştirakçılar çəkdikləri inklüziv məna daşıyan rəsm əsərlərini təqdim etdilər. Sərginin sonunda  isə “Baku Electronics”in PR meneceri Nigar Mehdiyeva tərəfindən içtirakçılara hədiyyələr, “Binəqədi Gənclər evi” sosial xidmət müsəssisəsinin direktoru Günel Həsənova və  “Binəqədi Rayon Gənclər və İdman İdarəsi” rəisi Namiq Tarverdiyev tərəfdən isə iştirakçılara “Fəxri diplom”, qonaq və layihə köməkçisi olan rəssamlara isə “Təşəkkürnamə”lər təqdim edildi.

 





25.05.2022    çap et  çap et