525.Az

Azərbaycan, Türkiyə və Gürcüstan parlament sədrlərinin görüşünün keçirilməsi təklif edilir


 

Azərbaycan, Türkiyə və Gürcüstan parlament sədrlərinin görüşünün keçirilməsi təklif edilir<b style="color:red"></b>

Azərbaycan, Türkiyə və Gürcüstan parlament sədrlərinin görüşünün keçirilməsi təklif edilir

Türkiyə Azərbaycan, Türkiyə və Gürcüstan parlament sədrlərinin görüşünün keçirilməsini təklif edir.

525.az "Report"a istinadən xəbər verir ki, bunu Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan deyib.

O, ötən həftə üç ölkə parlamentinin xarici əlaqələr komitələrinin sədrlərinin Azərbaycanda toplandığını qeyd edib: “Bu formatda görüş hər il keçirilir. Fikrimcə, parlamentarilərin, qanunvericilərin, xalq nümayəndələrinin, məsələn, xarici işlər nazirlərinin ölkələrin yerləşdiyi regionun vəziyyətini və inkişafını müzakirə etmək üçün müntəzəm olaraq bir araya gəlməsi faktından daha vacibdir. Çünki imzaladığımız bütün müqavilələr təsdiqlənməsi üçün qanunverici orqana təqdim edilir.

Üçtərəfli əməkdaşlığı fərqli sahələrdə inkişaf etdirmək lazımdır. Məsələn, parlament sədrlərinin üçtərəfli görüşü. İnşallah, düşünürəm ki, bir gün bu, mütləq baş verəcək”.

 

 





25.05.2022    çap et  çap et