525.Az

Prezident İlham Əliyev və xanımı Füzuli və Cəbrayıl rayonlarına səfər ediblər


 

Prezident İlham Əliyev və xanımı Füzuli və Cəbrayıl rayonlarına səfər ediblər<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva mayın 26-da Füzuli və Cəbrayıl rayonlarına səfər ediblər.

525.az xəbər verir ki, dövlət başçısı və birinci xanım Füzuli rayonunda Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi ilə tanış olub, Cəbrayıl rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin Soltanlı stansiyasının və “Azərenerji” ASC-nin 330/110 kV-luq “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimində iştirak ediblər.

 





26.05.2022    çap et  çap et