525.Az

ABŞ-ın Sanni Ayls Biç şəhərində mayın 28-i “Azərbaycanın Müstəqillik Günü” elan olunub


 

ABŞ-ın Sanni Ayls Biç şəhərində mayın 28-i “Azərbaycanın Müstəqillik Günü” elan olunub<b style="color:red"></b>

ABŞ-ın Florida ştatındakı Sanni Ayls Biç (Sunny İsles Beach) şəhər meriyasında keçirilən toplantıda 28 may 2022-ci il tarixi “Azərbaycanın Müstəqillik Günü” elan edilib.

Bu barədə 525.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Tədbirdə çıxış edən Florida-Azərbaycan Cəmiyyətinin rəhbəri Esmira Bayramova bildirib ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət yaradılıb. Cəmiyyət rəhbəri Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, həyata keçirdiyi demokratik islahatlar, o cümlədən qadınlara ilk dəfə səsvermə hüququ verilməsi barədə ətraflı məlumat verib. Qeyd edib ki, xalqımız Cümhuriyyət qurucularının miras qoyduqları irsi unutmayaraq, mürəkkəb mübarizə yolu keçib və 1991-ci ilin payızında ölkəmizin dövlət müstəqilliyinin bərpa edilməsinə nail olub.

Sonra şəhər meriyasının qəbul etdiyi bəyannamə Esmira Bayramovaya təqdim edilib.

 





27.05.2022    çap et  çap et