525.Az

BƏƏ-nin vitse-prezidenti Azərbaycan dövlət başçısına təbrik ünvanlayıb


 

BƏƏ-nin vitse-prezidenti Azərbaycan dövlət başçısına təbrik ünvanlayıb<b style="color:red"></b>

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın hökmdarı Məhəmməd bin Rəşid Al Məktum Prezident İlham Əliyevə təbrik ünvanlayıb.

525.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram. Zati-alinizə möhkəm cansağlığı, səadət, Azərbaycan hökumətinə və dost Azərbaycan xalqına rifah və tərəqqi arzulayıram.

Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

 





27.05.2022    çap et  çap et