525.Az

Zakir Həsənov Brüsselə gedib


 

Zakir Həsənov Brüsselə gedib<b style="color:red"></b>

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanı və ABŞ-ın Avropadakı Qüvvələri Komandanı general Filip Bridlavın dəvəti ilə iyunun 2-də Belçika Krallığına rəsmi səfərə gedib.
 
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Səfər zamanı keçiriləcək görüşlərdə NATO-Azərbaycan əlaqələri və əməkdaşlığın inkişafı perspektivləri müzakirə ediləcək.
 
Azərbaycan nümayəndə heyəti Belçikanın Mons şəhərində yerləşən NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanlığı Qərargahının fəaliyyəti ilə də tanış olacaq.
 
Zakir Həsənov NATO-nun baş katibi Anders Foq Rasmussenin dəvəti ilə NATO-nun Brüsseldəki Mənzil-Qərargahında Şimali Atlantika Şurasının Əfqanıstanda Təhlükəsizliyin Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrin (ISAF) əməliyyatına töhfə verən qeyri-NATO ölkələri ilə Müdafiə nazirləri səviyyəsində iyunun 4-də keçiriləcək növbəti görüşdə də iştirak edəcək.

 

 





02.06.2014    çap et  çap et