525.Az

Əsgər hərbçi yoldaşını bıçaqlayıb


 

Əsgər hərbçi yoldaşını bıçaqlayıb<b style="color:red"></b>

Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını bıçaqlayıb.

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb.

Hərbi hissənin əsgəri, müddətdən artıq xidmət edən hərbi qulluqçu Tural Əlövsət oğlu Bayramov aralarında yaranmış mübahisə zəminində hərbçi yoldaşı, müddətdən artıq xidmət edən hərbi qulluqçu Mahir Yaqub oğlu Rüstəmovu bıçaqlayıb. Yaralı hərbçi hospitala yerləşdirilib.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Yaralının hərbçinin vəziyyəti kafi qiymətləndirilir. 

 





02.06.2014    çap et  çap et