525.Az

“31 nəfərlə bağlı Prezident müraciət etmişdik”


 

 “31 nəfərlə bağlı Prezident müraciət etmişdik”<b style="color:red"></b>


“Müstəqillik günü ərəfəsində Prezident İlham Əliyev tərəfindən 68-ci əfv sərəncamı imzalanıb”.

525.az xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombusdman) Səbinə Əliyeva deyib.

O bildirib ki, sərəncam 213 nəfərə şamil olunub, 1 nəfər ömürlük məhkum cəzadan azad olunub: "Burada məhkumların ailə vəziyyəti, səhhətləri və sair məsələlər nəzərə alınıb. Mən də İnsan Hüquqları üzrə Müvəkkil olaraq Prezident İlham Əliyevə 31 nəfərlə bağlı müraciət eləmişəm. Müraciətlər müsbət olub, 31 nəfərə əfv sərəncamı şamil olunub. Bu səbəbdən İlham Əliyevə və Mehriban xanım Əliyevaya təşəkkür edirəm".

 





28.05.2022    çap et  çap et