Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanı təbrik edib.
525.az xəbər verir ki, parlament sədri azərbaycanlı həmkarı Sahibə Qafarovaya ünvanladığı “Twitter“ paylaşımında qeyd edib ki, ADR-in 28 may 1918-ci ildə Azərbaycanın müstəqilliyini bəyan etməsi ölkənin inkişafı və çiçəklənməsinə təkan verib.
“Qoy bizim əlaqələrimiz bizim qardaş xalqlarımızın daha yaxşı gələcəyi naminə qarşıdan gələn onilliklərdə də çiçəklənsin”, - deyə Gürcüstan parlamentinin sədri qeyd edib.
çap et