525.Az

Sabah Bakıda klassik avtomobillərin yürüşü keçiriləcək


 

Sabah Bakıda klassik avtomobillərin yürüşü keçiriləcək<b style="color:red"></b>

Azərbaycan Avtomobil Federasiyası (AAF) Bakı Şəhər İcra Hakimiyyətinin və Regional İnkişaf İctimai Birliyinin təşkilati dəstəyi ilə mayın 29-da klassik avtomobillərin yürüşünü keçirəcək.

AAF-dan 525.az-a verilən məlumata görə, Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək avtomobillər Bakı şəhəri üzrə yürüş edəcəklər.

Yürüşdə iştirakçılar və tamaşaçılar arasında müsabiqələr keçiriləcək və qaliblər Azərbaycan Avtomobil Federasiyası (AAF) tərəfindən mükafatlandırılacaq. Qaliblər “Ən unikal avtomobil”, “Ən nizamlı sürücü”, “Ən rəngarəng retro geyim” və digər nominasiyalar üzrə müəyyənləşəcək.

Qeyd edək ki, öncədən qeydiyyatdan keçən avtomobil və sahibləri 29 may tarixində saat 13:00-da Heydər Əliyev Mərkəzinin qarşısında olmalıdır.

 





28.05.2022    çap et  çap et