525.Az

“Xalqlarımızın dostluq münasibətlərinin güclənməsini diləyirəm”


 

“Xalqlarımızın dostluq münasibətlərinin güclənməsini diləyirəm”<b style="color:red"></b>

Böyük Britaniya səfiri Ceyms Şarp Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.

525.az xəbər verir ki, britaniyalı diplomat bu barədə "Twitter"də paylaşım edib.

“Azərbaycan xalqını Müstəqillik günü münasibətilə təbrik edirəm! Bu il biz həm də Britaniya ilə Azərbaycan arasında diplomatik əlaqələrin 30 illiyini qeyd edirik. Xalqlarımız arasında mövcud dostluq münasibətlərinin və ölkələrimizin hərtərəfli əlaqələrinin bundan sonra da güclənməsini diləyirəm!”, - səfir bildirib.

 





28.05.2022    çap et  çap et