525.Az

Əfv sərəncamının icrası başa çatıb


 

Əfv sərəncamının icrası başa çatıb<b style="color:red"></b>

Əfv sərəncamının icrası başa çatıb.

525.az xəbər verir ki, Prezident İlham Əliyevin mayın 27-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam ümumilikdə 213 nəfərə şamil olunub.

Onlardan 167 şəxs azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməmiş hissəsindən azad olunub. 1 şəxs ömürlük azadlıqdan məhrumetmə cəzasından azad olunub, 36 şəxsin azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməmiş hissəsi yarıyadək endirilib.

3 şəxs şərti məhkum etmədən azad edilib, 6 şəxs azadlığın məhdudlaşdırılması növündə cəzadan azad olunub.

 





28.05.2022    çap et  çap et