525.Az

Füzuli rayon sakini minaya düşüb


 

Füzuli rayon sakini minaya düşüb<b style="color:red"></b>

Mayın 28-si saat 18 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində 1999-cu il təvəllüdlü Xəyal Abdullayevin çoxsaylı qəlpə yarası alması barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

525.az-ın məlumatına görə, kənd-təsərrüfatı fəaliyyəti ilə məşğul olan Xəyal Abdullayevin rayonun Gorazıllı kəndi ərazisində minaya düşməsi nəticəsində xəsarətlər alması müəyyən edilmişdir.
Hazırda faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.

 





28.05.2022    çap et  çap et