525.Az

Şəhidin doğum günü münasibətilə anım tədbiri keçirilib - Foto


 

Şəhidin doğum günü münasibətilə anım tədbiri keçirilib -<b style="color:red"> Foto</b>

Kürdəmirin Birinci Qarabağ müharibəsində könüllü iştirak edən ən gənc şəhidi Sehran Qəniyevin doğum günü münaibətilə anım tədbiri keçirilib.

525.az xəbər verir ki, bununla əlaqədar şəhidin təhsil aldığı Kürdəmir rayonunda Birinci Qarabağ müharibəsinin şəhidlərinin memorial kompleksi qarşısında tədbir təşkil olunub. Tədbirdə şəhidin ailəsi, yaxın dostları, Kürdəmir rayon icra hakimiyyətinin şəhid ailələri və qazilərin işləri üzrə şöbə rəisi, millət vəkilinin köməkçisi Namiq Ağayev və digər rayon ictimaiətinin nümayəndələri iştirak edib. 

Tədbirdə şəhidimiz haqda xatirələrdən söz açılıb. Həmçinin şəhidin təhsil aldığı Kürdəmir rayonu V.Əhmədov adına Topalhəsənlikənd tam orta məktəbinin direktoru və ictimaiət nümayəndələri çıxış edərək Sehran Qəniyev haqqında məlumatlar veriblər. 

Daha sonra məktəb şagirdləri kompozisiya ilə çıxış edərək, şəhidlik və vətənpərvərlik haqqında şeirlər söyləyiblər. 

Xatırladaq ki, Birinci Vətən Müharibəsi zamanı cəmi 15 yaşında Ağdərənin (Tərtərin) Çaylı kəndində şəhid olan Sehran Qəniyev 1992-ci ilin iyun ayının 17-də Şahsevən kənd qəbiristanlığında dəfn olunub. 

Allah rəhmət etsin!

 





30.05.2022    çap et  çap et