525.Az
Bir ömrün qoşa qanadı
əməkdar
mədəniyyət
işçisi
Haqqında
danışacağım
müasir
yazıçı
hamının
sevə
-
sevə
oxuduğu
– “
Mənim
dünyamın
adamları
”, “
İtirilmiş
səs
”, “
Səs
qərib
olmur
”, “
Xallı
gürzə
”, “
Fred
Asif
”, “
Nəğməli
xatirələr
”, “
Oxu
,
gözəl
”, “
Muğam
dünyasının
Xanı
”, “
Burdan
bir
atlı
keçdi
”,
“
Səsin
ruhu
”, “
Mən
olmayanda
dostum
ol
”, “
Sənətkar
ömrünün
izləri
”, “
Ruhların
üsyanı
”, “
Mübariz
”, “
Ölüm
mələyi
”
və
s
.
kimi
bədii
və
bədii
-
publisistik
kitabların
müəllifi
Mustafa
Çəmənlidir
.
Yazıçılıq
da
fəhləlikdir
,
öz
əzablı
yolları
var
.
Yazıçı
həmişə
öz
mənəvi
aləmindən
qaynaqlanan
,
həm
də
xalqını
düşündürən
,
maraqlandıran
və
narahat
edən
mövzuları
seçib
bədii
şəkildə
qələmə
almaqla
həm
oxucunun
arzu
və
istəklərini
həyata
keçirir
,
həm
də
öz
yaradıcı
mövqeyini
təmin
edir
.
Mustafa
Çəmənlinin
əsərlərindəki
qəhrəmanlar
həyatdan
götürülmüş
,
tədqiq
etdiyi
,
yaxşı
bələd
olduğu
tarixi
şəxsiyyətlərdir
.
Onun
əsasən
tarixi
mövzulara
müraciət
etməsi
heç
də
təsadüfi
deyil
.
Mustafa
Çəmənli
gözü
qabağında
baş
verən
Qarabağ
müharibəsinin
,
orada
cərəyan
edən
hadisələrin
,
müharibənin
xalqımıza
vurduğu
zərbələrin
,
ölkəmizə
dəyən
ziyanın
,
əsir
düşmüş
torpağın
,
yurd
-
yuvasını
tərk
etmiş
qaçqın
,
köçkünlərin
şahidi
kimi
qəlbinin
ağrısını
,
nisgilini
hiss
və
həyəcanlarını
qələmə
aldığı
əsərlərinin
canına
hopdura
bilmişdir
.
Məhz
buna
görə
də
Mustafa
Çəmənli
müasirlərinin
ədəbi
düşüncəsinə
qüvvətli
təsir
göstərən
sənətkarlarımızdan
biridir
.
Odur
ki
,
çox
oxunur
və
sevilir
.
Ədəbi
tənqidin
birinci
vəzifəsi
yazıçının
əsərlərini
doğru
təhlil
etməkdən
ibarətdir
.
Onu
da
bilirəm
ki
,
hər
bir
yazıçının
əsəri
nə
qədər
yüksək
,
ədəbi
meyarlara
cavab
versə
də
,
öz
yaradıcı
mövqeyində
müəyyən
əhəmiyyətə
,
dəyərə
malikdir
.
Yazıçıların
ədəbi
yaradıcılığından
danışmaq
,
rəy
söyləmək
,
qiymət
vermək
ədəbiyyatşünaslarımızın
,
tənqidçilərimizin
işidir
.
Mustafa
Çəmənlinin
ədəbi
yaradıcılığından
indiyə
kimi
çox
yazıblar
,
bundan
sonra
da
yazacaqlar
.
Bu
haqda
geniş
danışmaq
fikrində
deyiləm
.
Sadəcə
,
onun
mənim
gözümün
qarşısında
bir
müəllif
kimi
işləyib
hasilə
gətirdiyi
çox
gözəl
bir
kitab
haqqında
bəhs
edəcəyəm
.
Bu
, “
Leyli
və
Məcnun
– 100
il
səhnədə
”
adlanır
.
Bu
kitabı
işləyib
başa
çatdırmaq
çox
zəhmət
tələb
edirdi
.
Zarafat
deyil
, 100
il
səhnəmizdə
qoyulan
bu
əsərin
bütün
materiallarını
əldə
etmək
,
orada
iştirak
etmiş
çoxsaylı
sənətkarlar
haqqında
məlumat
toplamaq
,
onların
şəkillərini
arayıb
-
axtarıb
əldə
etmək
böyük
zəhmət
,
fədakarlıq
tələb
edirdi
.
Bunları
Mustafa
müəllim
bacardı
.
Buna
görə
onun
nə
qədər
mənəvi
və
fiziki
güc
sərf
etdiyinin
mən
şahidi
olmuşam
.
Arxivləri
gəzib
-
dolaşdı
,
dünyasını
dəyişmiş
müğənnilər
,
vaxtilə
xalqımıza
bəlli
rollarda
oynamış
(
indi
heç
adları
da
çəkilmir
)
aktyorlar
,
rejissorlar
,
dirijorlar
,
konsertmeysterlər
,
xormeysterlər
,
baletmeysterlər
,
rəssamlar
,
bir
sözlə
,
yüzlərlə
sənətkar
haqqında
məlumat
toplamaq
,
onların
sağ
qalan
qohumlarını
soraqlayıb
tapmaq
,
onlarla
görüşmək
,
müəyyən
faktları
dəqiqləşdirmək
,
şəkillərini
əldə
etmək
və
i
.
a
.
və
s
.
kimi
çətin
başa
gələn
,
çox
zəhmət
,
enerji
,
səbir
,
hövsələ
tələb
edən
işin
öhdəsindən
gəldi
.
Buna
görə
də
nə
qədər
əsəb
keçirdiyini
gördüm
.
Buna
baxmayaraq
,
o
,
belə
bir
ağır
işi
başa
çatdıra
bildi
.
Sadaladıqlarım
hələ
axtarış
,
fakt
toplamaq
idi
.
Sonra
materialların
bədii
cəhətcə
işlənməsi
,
qaydaya
salınması
,
xronoloji
düzülüşü
,
şəkillərin
düzgün
yerləşdirilməsi
və
s
.
başlandı
.
Bir
sözlə
,
Mustafa
Çəmənlinin
“
Leyli
və
Məcnun
– 100
il
səhnədə
”
kitabı
öz
mövzu
əhatəsinə
görə
mədəniyyət
tariximizdə
ilk
təşəbbüsdür
.
Özünün
qeyd
etdiyi
kimi
: “... 100
il
ərzində
Üzeyir
bəyin
əsərinə
məhəbbət
bəsləyən
,
ürəkdən
-
candan
ona
bağlanan
,
onu
köhnəlməyə
,
səhnədən
düşməyə
qoymayan
sənətkarlar
haqqında
”
abidədir
.
Onu
qeyd
etməyi
vacib
bilirəm
ki
,
o
bu
kitabı
xüsusi
şövqlə
hazırlayırdı
.
Çünki
onun
milli
musiqimizə
,
xanəndəlik
sənətinə
,
xüsusən
xalq
muğamlarına
böyük
rəğbəti
,
məhəbbəti
var
.
Təsadüfi
deyil
ki
,
onun
90-
dan
çox
musiqili
ədəbi
verilişi
,
aparıcısı
olduğu
ədəbi
-
bədii
gecələrin
videoçəkilişləri
“
Azərbaycan
Televiziya
və
Radio
Verilişləri
”
Qapalı
Səhmdar
Cəmiyyətinin
və
başqa
telekanalların
fondunda
,
Dövlət
Səsyazma
Arxivində
saxlanılır
.
Bu
belə
də
olmalı
idi
.
Mustafa
müəllimin
milli
musiqimizə
bu
qədər
bağlılığı
,
vurğunluğu
onun
qanından
,
canından
,
yaddaşından
gəlir
(
əksər
qarabağlılar
kimi
).
Amma
onu
başqalarından
fərqləndirən
böyük
xoşbəxtliyi
ondadır
ki
,
Allah
-
taala
ona
həm
gözəl
yaddaş
,
həm
də
qələm
verib
ki
,
dilmanclıq
eləsin
,
qələmi
ilə
yatmış
ruhları
,
yaddaşları
oyatsın
,
qafil
insanları
silkələsin
.
Odur
ki
,
Mustafa
müəllimin
“
Leyli
və
Məcnun
– 100
il
səhnədə
”
kitabı
Mədəniyyət
və
Turizm
Nazirliyinin
sifarişi
ilə
nəfis
,
gözəl
şəkildə
çap
edildi
.
Düşünürəm
ki
,
Azərbaycan
musiqi
mədəniyyətinə
bu
,
böyük
hədiyyə
oldu
. “
Leyli
və
Məcnun
” –100
il
səhnədə
”
kitabı
respublikamızda
ilk
sənədli
bədii
ensiklopedik
əsərdir
.
Müəllif
bu
kitab
üstə
o
qədər
ki
əziyyət
çəkib
,
mən
deyərdim
ki
,
bu
,
həm
də
tədqiqat
işidir
.
Mən
bu
yazıda
müəllifin
tək
bir
kitaba
çəkdiyi
zəhmət
haqqında
söhbət
açdım
ki
,
qələm
sahiblərinin
nə
çəkdiyini
duymaq
olsun
.
Bir
də
axı
Mustafa
Çəmənli
təkcə
yazıçı
deyil
,
həm
də
cəfakeş
redaktordur
.
Bu
iki
peşə
onun
varlığında
vəhdət
təşkil
edir
.
Onu
da
deyim
ki
,
nəşriyyatlarda
əvvəllər
yazıçı
-
redaktorlar
daha
çox
idi
.
Onlar
nəşriyyatlarda
redaktor
işləsələr
də
,
yazıçı
,
şair
kimi
tanınırlar
.
Məsələn
,
vaxtilə
“
Gənclik
”
nəşriyyatında
işləyən
Ə
.
Babayeva
,
H
.
Arif
,
İ
.
Qarayev
,
İ
.
Tapdıq
,
Ç
.
Əlioğlu
,
F
.
Sadıq
,
Ə
.
Salahzadə
,
Z
.
Şahsevənli
,
H
.
Orucov
,
Ş
.
Nasir
,
M
.
Ələkbərli
,
M
.
Namaz
və
bir
çoxları
mənim
həmkarlarım
idi
.
Ömrüm
yaradıcı
insanların
arasında
keçdiyi
üçün
həmişə
bir
sual
məni
düşündürüb
ki
,
axı
redaktorluq
peşəsi
çox
çətin
sahədir
,
necə
olur
ki
,
belə
ağır
bir
işlə
yanaşı
,
bu
insanlar
vaxt
tapıb
özləri
üçün
kitab
da
yaza
bilirlər
?
Əlyazmasının
keyfiyyətindən
asılı
olmayaraq
onu
işləyib
kitab
halına
gətirmək
nə
qədər
vaxt
,
zəhmət
tələb
edir
.
Xüsusən
səhlənkar
,
naşı
“
yazarların
”
əlindən
çıxan
yazılar
redaktor
yazığın
“
dərisindən
”
çıxır
.
Çapala
ki
,
bundan
kitab
çıxsın
.
Belə
məqamlarda
yazıçı
-
redaktor
neyləsin
,
bu
cür
“
çiy
”
kitabı
işləsin
,
yoxsa
beynində
düşünüb
-
daşındığı
,
gecə
-
gündüz
onu
narahat
edən
əsərini
yazsın
?
İllah
da
təb
gələndə
yazıçı
-
redaktorlar
çox
əsəbi
görünürlər
.
Həmkarlarımın
belə
ovqatlarını
çox
müşahidə
etmişəm
.
Axı
necə
əsəbiləşməsin
,
beyninin
məhsulunu
kağıza
köçürmək
istəyir
,
fürsət
tapmır
.
Bu
iş
şəraitindən
də
uzaqlaşa
bilmir
.
Ailə
saxlayır
,
neyləsin
?
Ona
görə
də
bu
yükü
üzərinə
götürməli
,
həm
də
işinə
vicdanla
yanaşmalıdır
.
Amma
etiraf
edim
ki
,
buna
hər
yazıçı
-
redaktor
əməl
etmir
.
Mustafa
Çəmənli
isə
bir
redaktor
kimi
işinə
can
yandıran
insandır
.
O
,
əlinə
aldığı
kitabı
(
əlyazmasını
)
bütöv
görə
bilir
.
Onun
əyər
-
əskiyini
o
saat
görüb
düzəltməyə
çalışır
.
Bütün
həyatı
nəşriyyatda
keçdiyi
üçün
bu
sahədə
bişib
.
Belə
ki
,
kitabın
keyfiyyətli
çıxması
üçün
onun
ön
sözündən
tutmuş
,
içərisində
gedəcək
şəkillərinə
,
kitabın
üz
qabığının
rənginə
,
formatına
qədər
diqqət
ayırır
,
hər
şeyi
təsəvvüründə
canlandıra
bilir
,
sonra
fikirlərini
aidiyyəti
olan
sahələrə
–
müəllifə
,
rəssama
,
kompyuter
dizaynına
və
b
.
bildirir
,
onlarla
məsləhətləşir
.
Bax
,
burda
redaktor
səriştəsi
,
redaktor
mövqeyi
özünü
büruzə
verir
.
İmkanı
daxilində
redaktorluğun
müqəddəs
prinsiplərinə
sadiq
qalır
.
Kitabın
siqnal
nüsxəsi
çıxana
qədər
bütün
proseslərə
nəzarət
edir
.
Onun
redaktorluğunun
təməlində
yazıçılıq
durduğu
üçün
kitabın
bütün
tələblərini
ödəməyə
çalışır
.
Kitab
işi
çox
geniş
sahədir
.
Nəşriyyata
elmin
,
ədəbiyyatın
müxtəlif
sahələri
üzrə
əlyazmalar
daxil
olur
.
Ona
görə
də
bunlara
fərdi
yanaşmaq
tələb
olunur
.
Çünki
hər
bir
əlyazmada
fərqli
problemlərlə
üzbəüz
gəlirsən
.
Bu
mənada
redaktorun
əlyazma
üzərindəki
işinin
miqyasını
təhlil
etmək
bəlkə
bir
yazıçının
yaradıcılığını
təhlil
etməkdən
qat
-
qat
çətindir
desəm
,
yanılmaram
.
Söhbət
vicdanlı
,
səviyyəli
,
peşəkar
redaktordan
gedir
.
Hissə
qapılıb
,
tələm
-
tələsik
əsər
yazan
müəllifin
işi
redaktora
gəlib
çatanda
,
içərisindən
o
qədər
problem
çıxır
ki
,
bunları
müəllifin
nəzərinə
çatdıranda
,
sənətinə
,
özünə
qiymət
verən
adam
iradları
qəbul
edir
, “
özünə
vurğun
”
müəllif
isə
nəinki
qəbul
edir
,
bunu
özünə
,
yaradıcılığına
qəsd
hesab
edir
,
bəzən
hətta
tələbkar
redaktordan
imtina
edir
.
Belə
məqamlarda
yaradıcı
-
redaktora
(
yazıçıya
)
ehtiyac
olur
.
Deməli
,
kimsə
əl
-
qolunu
çırmayıb
beləsinə
kitab
yazmalıdır
.
Nəşriyyatda
dönə
-
dönə
bunun
da
şahidi
olmuşam
.
Çünki
qüsurlu
kitabı
çap
eləmək
olmaz
.
İndi
isə
vəziyyət
başqa
cürdü
.
İmkanlı
adamlar
yazıçılıq
həvəsinə
düşüblər
,
qələmli
insanlara
sifarişlə
kitab
yazdırırlar
,
utanıb
-
qızarmadan
adlarını
əlyazmasının
titul
səhifəsinə
yazıb
,
sonra
şişə
-
şişə
onu
nəşriyyata
təqdim
edirlər
, “
Yoğurmadım
,
yapmadın
,
hazırca
kökə
tapdım
”
misalı
burda
lap
yerinə
düşür
.
Bir
də
görürsən
ki
,
bunlar
“
əməlli
-
başlı
”
yazıçı
,
dramaturq
və
s
.
oldular
.
Əllərini
ürəklərinin
üstünə
qoyub
,
arzu
-
kamlarına
çatdılar
.
Amma
düşünmürlər
ki
,
axı
yazıçılıq
peşə
deyil
,
istedaddır
.
Allah
da
bunu
hamıya
vermir
.
Qüsursuz
kitabın
şərtləri
çoxdur
.
Burda
redaktordan
xüsusi
səviyyə
,
qabiliyyət
,
fitri
istedad
,
təcrübə
,
işinə
zövqlə
yanaşmaq
tələb
olunur
.
Bu
işi
gərək
sevəsən
,
ona
can
yandırasan
.
Əgər
bunlar
varsa
,
bir
də
bura
VİCDANI
əlavə
etmək
lazımdır
.
Mustafa
Çəmənli
məhz
belə
redaktordur
.
O
, “
Naşir
”
jurnalının
birinci
nömrəsində
çap
etdirdiyi
“
Redaktor
və
ədəbi
redaktə
haqqında
”
adlı
məqaləsində
yazır
: “
Redaktor
hər
şeydən
öncə
vətəndaş
olmalıdır
,
əlyazmaya
dövlətçilik
,
milli
təəssübkeşlik
prizmasından
yanaşmalıdır
.
Redaktə
etdiyi
hər
bir
kitaba
yalnız
bu
günün
yox
,
həm
də
gələcək
nəslin
gözü
ilə
baxmalıdır
.
Sabah
millətin
başına
qaxınc
olacaq
bir
kitab
çap
olunmasa
yaxşıdır
.
Hər
bir
yaxşı
kitab
nəsillər
arasında
mənəvi
körpüdür
.
Bu
körpünün
özülü
çox
möhkəm
olmalıdır
”.
Onun
əlindən
çıxan
kitablar
dediklərinin
sübutudur
.
Onun
istər
tərtib
etdiyi
,
istərsə
də
redaktoru
olduğu
bütün
kitabların
öz
siması
,
görkəmi
,
sanbalı
,
səliqə
-
sahmanı
,
bütövlüyü
var
.
H
.
Sarabskinin
“
Köhnə
Bakı
”,
F
.
Şuşinskinin
“
Azərbaycan
xalq
musiqiçiləri
”, “
Şuşa
”,
B
.
Məmmədovun
“
Qarabağın
baməzə
adamları
”,
Rafiq
Atakişiyevin
“
Gəncə
dram
teatrı
”,
Ramiz
Zöhrabovun
“
Azərbaycan
muğamları
”,
Xurşidbanu
Natəvanın
“
Neçin
gəlməz
”,
N
.
Gəncəvinin
“
Lirika
”,
R
.
Məcidin
“
Əlvida
və
Salam
”,
S
.
Ağababayevanın
“
Zamanla
üz
-
üzə
”,
İ
.
Rəhimlinin
“
Yeniləşən
mədəniyyət
,
məkanlar
”
silsilə
kitabı
və
Mustafa
Çəmənlinin
Heydər
Əliyev
Fondunun
layihəsi
çərçivəsində
hazırlanıb
“
Təhsil
”
nəşriyyatında
nəşr
olunan
“
Arif
Babayev
–70”, “
Habil
Əliyev
–80”, “
Əlibaba
Məmmədov
–80”, “
Canəli
Əkbərov
–70”, “
Ağaxan
Abdullayev
–60”
albom
kitabların
mətn
müəllifi
kimi
də
əziyyətləri
ölçüyə
gəlməzdir
.
Mustafa
Çəmənlinin
bu
sahədə
gördüyü
işlərin
miqyası
,
belə
demək
olarsa
,
coğrafi
ərazisi
çox
genişdir
.
Bütün
bunlar
hamısı
redaktorun
zəhməti
,
diqqəti
hesabına
başa
gəlib
.
Redaktor
söz
adamı
olmalıdır
,
ehtiyat
sözü
həmişə
yerli
-
yerində
işlətməyi
bacarmalıdır
.
Mustafa
Çəmənli
məhz
belə
–
sözünün
yerini
,
sanbalını
bilən
adamdır
.
Şair
Vaqif
Bəhmənli
demişkən
:
...
Bir
də
görürsən
ki
,
gənc
həm
də
qalınqabırğa
bir
söz
burnunu
soxur
bilmədiyi
işin
içinə
.
Yaxud
da
gəlməyi
vacib
olan
abırlı
bir
söz
lap
...
dibdə
utanır
,
gəlmir
,
durur
uçuna
-
uçuna
....
Mətndəki
ziddiyyətli
,
təzadlı
fikirlər
,
uyuşmazlıq
,
savadsızlıq
,
səriştəsizliyə
dəlalət
edir
ki
,
sonda
da
haqlı
qınağa
səbəb
olur
.
Bu
cəhətləri
redaktor
intuisiyası
ilə
vaxtında
görüb
aradan
götürməyi
bacarmalıdır
.
Bir
sözlə
,
o
,
həmişə
sözün
yerində
işlənməsinə
fikir
verməlidir
.
Təkrar
və
təzadlı
fikirləri
ləğv
etməlidir
.
Mustafa
Çəmənli
sözə
,
sənətinə
,
yaradıcılığına
,
redaktorluq
peşəsinə
də
həmişə
ləyaqətlə
xidmət
edib
.
Bu
iki
xətt
–
yaradıcılıq
və
redaktorluq
onun
taleyinə
yazılmış
qoşa
qanaddır
.
Hər
ikisi
sözdən
keçir
.
Qarabağın
dilbər
guşəsində
–
Çəmənlidə
doğulub
boya
-
başa
çatan
Mustafa
Çəmənli
kifayət
qədər
mənalı
,
zəngin
ziyalı
ömrü
yaşamışdır
.
Uşaqlığı
cənnət
kimi
gözəl
diyarda
keçən
bu
yazıçı
-
redaktor
kəndinin
büllur
sularından
içib
,
təmiz
havasından
udduqca
özü
də
saflaşıb
,
durulub
,
bu
yerlərin
ruhu
oxşayan
kövrək
hisslərindən
,
şirin
duyğularından
şirə
çəkib
.
Bu
şirədən
onun
yaradıcılığına
da
,
redaktorluq
fəaliyyətinə
də
lazımi
qədər
pay
düşüb
.
Bu
bütöv
,
yaradıcı
ömürdə
Mustafa
müəllimə
yeni
-
yeni
uğurlar
arzulayıram
.
Qoy
o
bu
xoşbəxt
ömrünü
ailəsi
,
nəvələri
ilə
birgə
,
gözüdolusu
yaşasın
.
02.06.2014
çap et