525.Az

Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 35 santimetr azalıb


 

Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 35 santimetr azalıb<b style="color:red"></b>

Mayın 31-də Kiçik Qafqazın ərazisindən axan Gəncəçayın Zurnabad məntəqəsində suyun səviyyəsində 8, Kürəkçay-Çaykənddə 4 santimetr artım qeydə alınıb, Zəyəmçayın Ağbaşlar məntəqəsində suyun səviyyəsi 2, Şəmkirçayın Qalakənd məntəqəsində 3, o cümlədən Böyük Qafqazın ərazisindən axan Qusarçayın Kuzun məntəqəsində 5, Vəlvələçayın Təngəaltı məntəqəsində 7 və Lənkəran-Astara bölgəsindən axan Lənkərançayın Sifidor məntəqəsində 2, Viləşçayın Şıxlar məntəqəsində 1 santimetr azalıb. Təngərüdçayın Vaqo məntəqəsində isə suyun səviyyəsində 1 santimetr artım müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 3 santimetr azalıb. Hazırda məntəqədə su sərfi 305 kubmetr/saniyəyə bərabərdir ki, bu da ongünlük normanın 44 faizini təşkil edir. Hazırda sululuq keçən il ilə müqayisədə 97 faiz çoxdur. Məntəqədə orta və maksimal su sərfi mayın 30-da 315 kubmetr/saniyə təşkil edib.

Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi 8 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 134 kubmetrə bərabərdir. Bu da ongünlük normanın 67 faizini təşkil edir. Hazırda sululuq keçən il ilə müqayisədə109 faiz çoxdur. Məntəqədə orta su sərfi mayın 30-da saniyədə 145 kubmetr və maksimal su sərfi mayın 30-da 08:00-da 146 kubmetr/saniyə təşkil edib.

Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 35 santimetr azalaraq 530 santimetr, su sərfi isə 304 kubmetr/saniyə olub. Məntəqədə orta su sərfi mayın 30-da 343 kubmetr/saniyə və maksimal su sərfi mayın 30-u 08:00-da saniyədə 355 kubmetr/saniyə təşkil edib.

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 14 santimetr azalaraq 383 santimetr olub. Məntəqədə orta səviyyə mayın 30-da 395, maksimal səviyyə isə mayın 30-u saat 08:00-da 397 santimetr təşkil edib.

Kür çayının Bankə məntəqəsində suyun səviyyəsi 3 santimetr azalaraq 208 santimetr, su sərfi isə 219 kubmetr/saniyə olub. Məntəqədə orta su sərfi mayın 30-da saniyədə 221 kubmetr, maksimal səviyyə isə mayın 30-u 08:00-da saniyədə 222 kubmetr təşkil edib.

 





31.05.2022    çap et  çap et