525.Az

Xəyal Rza: “Yaxşı olardı ki, Kinematoqrafçılar ittifaqları birləşsin və …”


 

Xəyal Rza: <b style="color:red"> “Yaxşı olardı ki, Kinematoqrafçılar ittifaqları birləşsin və …” </b>

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) ümumi iclası keçirilib. İclasda Xalq artisti Rasim Balayev ittifaqın yeni sədri seçilib.

Keçirilən iclasla bağlı Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Xəyal Rza 525.az-a açıqlama verib: 

“Xalq yazıçısı,  Azərbaycan Yazıçılar  Birliyinin sədri Anar görkəmli aktyor, Xalq artisti  Rasim Balayevin  namizədliyini səs verməyə çıxarıb. Xalq artistinin namizədliyi yekdillikə qəbul edilib. Bu münasibətlə Rasim Balayevi təbrik edirəm.  Düşünürəm ki, o, çox layiqli namizəddir. İnanıram ki, Rasim Baleyevin rəhbərliyi ilə Azərbaycan Kinematoqrafçılar İttifaqı  bir çox uğurlu layihələri həyata keçircək”.

Xalq artisti Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ilə bu ittifaqın gələcəkdə birləşməsi sualına isə Xəyal Rza belə cavab verib: 

“Hələ ki, bu haqda fikir bildirmək biraz çətindir. Yaxşı olardı  ki, bu iki ittifaq birləşib böyük bir ittifaqa çevrilsin və əvvəllər olduğu kimi  kino sənəti adına bir çox  önəmli layihələr həyata keçirsin. Bu iki ittifaqın birləşməsi və ya ayrı- ayrılıqda fəaliyyət göstərməsini zaman həll edəcək”.

 





31.05.2022    çap et  çap et