525.Az

Mirzə Ələkbər Sabirin 160 illiyinə həsr olunmuş tədbir keçirildi - Foto


 

Mirzə Ələkbər Sabirin 160 illiyinə həsr olunmuş tədbir keçirildi -<b style="color:red"> Foto</b>

31 may 2022-ci il tarixində AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialı Azərbaycan şairi, satirik, mütəfəkkir, ictimai xadim və müəllim olan Mirzə Ələkbər Sabirin 160 illik yubileyinə həsr olunmuştədbiri keçirmişdir.

Tədbiri giriş sözü ilə açan Aran Regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı Azərbaycan ədəbiyyatı tarixinə həqiqi xalq şairi kimi daxil olmuş, nəinki Azərbaycan, eyni zamanda Şərqin bir çox ölkələrində ədəbi inkişafa təsir götərmiş, realizmin, demokratik ideyaların qələbə çalmasında böyük rol oynamış Sabirin yaşadığı dövrdən,onu yetişdirən mühitdən, Sabirin mövhumatı, cəhaləti, dini görüşlərə əsaslanan tərki-dünya fəlsəfəsini qamçılamasından bəhs etmişdir. 

Kürdəmir rayon Karrar qəsəbə tam orta məktəbinin dil-ədəbiyyat müəllimi Şəfəq Ağayeva “Azərbaycan ədəbiyyatında Sabir zirvəsi” mövzusunda məruzə etmişdir. O, məruzəsində klassik azərbaycan ədəbiyyatında  M.Ə.Sabirin xüsusi yeri olmasından,yaradıcılığının parlaq xüsusiyyətləri ilə heç kəsi xatırlatmayan, seçilən navator şair olmasından, ədəbiyyatımızın ictimai fikir çərçivəsini genişləndirməkdə, onu həyata, xalqın mübarizəsinə, mənəvi ehtiyaclarına yaxınlaşdırmaqda misilsiz xidmətlər göstərməsindən bəhs etmişdir.

Tədbirin bədii hissəsində Karrar-qəsəbə tam orta məktəbin şagirdləri M.Ə.Sabirin satirik şeirlərindən nümunələr səsləndirmiş və hazırladıqları kiçik səhnəcikləri nümayiş etdirmişlər.

Tədbirdə M.Ə.Sabirin həyat və yaradıcılığını əks etdirən videoçarx , “O olmaın, bu olsun!” Azərbaycan filmindən və  “Vəzir barmağı” adlı Türk filmində şairin əsərləri oxunan kadrlar nümayiş olunmuş və şeirlərinə bəstələnmış mahnılar səsləndirilmişdir.

Tədbirdə fərqlənən şagirdlərə AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyytı Muzeyinin direktoruakademik Rafael Hüseynovun imzaladığı Fəxri fərmanlar təqdim edilmişdir.

 





31.05.2022    çap et  çap et