525.Az

Yamaykanın Baş naziri Azərbaycan Prezidentinə təbrik ünvanlayıb


 

Yamaykanın Baş naziri Azərbaycan Prezidentinə təbrik ünvanlayıb<b style="color:red"></b>

Yamaykanın Baş naziri Endryu Holness Prezident İlham Əliyevə təbrik ünvanlayıb.

525.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Yamayka hökuməti və xalqı adından Azərbaycan hökuməti və xalqına səmimi təbriklərimi çatdırıram.

Yamayka əsası 1995-ci ildə qoyulmuş diplomatik münasibətlərimizə böyük önəm verir və qarşıdakı illərdə əməkdaşlığı daha da möhkəmləndirmək niyyətindədir.

Zati-aliləri, xahiş edirəm, Azərbaycan hökumətinə və xalqına davamlı sülh və firavanlıq arzularımı qəbul edin".

 





31.05.2022    çap et  çap et