525.Az

Dövlət sərhədində mövqelərimiz atəşə tutulub


 

Dövlət sərhədində mövqelərimiz atəşə tutulub<b style="color:red"></b>

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd və Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən mayın 31-i axşam saatlarından iyunun 1-i gecə saatlarınadək Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam və Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən 525.az-a bildirilib.

Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

 





01.06.2022    çap et  çap et