525.Az

Paytaxtda müşahidə olunan tozlu hava şəraitinin səbəbi açıqlanıb


 

Paytaxtda müşahidə olunan tozlu hava şəraitinin səbəbi açıqlanıb<b style="color:red"></b>

“Bakı və Abşeron yarımadasında bir neçə gündür, müşahidə olunan tozlu hava şəraiti Türkmənistandan hərəkət edən hava kütlələri ilə bağlıdır”.

Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib. 
 
U. Tağıyeva bildirib ki, 2-3 gündür şərq axınlarının üstünlüyü müşahidə olunur: “Artıq bir neçə gündür, şərq istiqamətli külək əsir. Türkmənistandan sahilyanı ərazilərə nisbətən tozlu hava kütlələri daxil olur. Bu, özünü daha çox Abşeron yarımadasında göstərir. Zəif külək müşahidə olunduğundan həmin toz kütlələrinin səpələnərək dağılması hələlik mümkün olmur”. 

 





02.06.2014    çap et  çap et