525.Az

Üç şəhərdə yaşamaq borcu...- "Benefis"


 

PƏRVİNin təqdimatında

Üç şəhərdə yaşamaq borcu...- <b style="color:red">"Benefis"</b>

Ulduzjurnalı ilə “525-ci qəzetin birgə layihəsi

Ondan uzaqda yaşasam da,
Binalarına daş qoymasam da,
Ağaclarını sulamasam da,
Səsli-küylü küçələrində gəzməsəm
O şəhərmənim şəhərimdir.
Tofiq Məlikli

Artıq bir neçə gündü Bakıdadı Tofiq Məlikli. Təxminən yarım əsrdi ki, vətəndən kənarda yaşayan görkəmli türkoloq, tənqidçi-alim, professor Tofiq Məlikli. Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri, Rusiyada yaşayan azərbaycanlıları birləşdirənOcaqcəmiyyətinin rəhbəri. Bir çox kitabların, sanballı araşdırmaların müəllifi. Bütün bunlar çoxlarının bildiyi artıq Tofiq müəllimin vizit kartına çevrilmiş məsələlərdi. mən hələ iki il öncə bu qeyri-adi insanın fəaliyyətini, yaradıcılığını ətraflı oxuyub öyrənəndə, özü ilə söhbət edəndə anlamışdım ki, Tofiq müəllim çoxlarına bənzəmir. Məsələlərə bəzən radikal, sərt, amma həm olduqca həssas, kövrək yanaşması, zərif yumoru, dostlarına münasibəti, məntiqi sərras tənqidçi baxışıyla başqadı Tofiq Məlikli. İldə bir neçə kərə gəlir Bakıya. Bu dəfə Fazil Hüsnü Dağlarca haqda yazdığı dərin, sanballı bir əsərlə gəlib bu kitabın Azərbaycan Yazıçılar Birliyində (AYB) təqdimatı da nəzərdə tutulub. Təqdimatdan bir gün öncə Tofiq müəllimlə söhbət edirik onun şair ruhunda, ovqatında olduğunu (axı o şeirlər yazır!) açıq-aydın sezirəm. Bir şəhəriyçün darıxmış yeniyetməyə bənzəyir elə bil. Belə fürsəti əldən buraxmaq olmaz. “Ulduzun Benefisinə dəvət edirəm onu. Razılaşır gülə-güləTorqovıda gəzərik deyir məhz həmin küçəni seçməyinin səbəbini izah edir: “cavanlıqda o qədər oralarda fırlanmışıq ki... özü qızlarla!”

Amma bizimgəzintimizbir az da öncədən, AYB-dəki təqdimatdan başlanır. Ən fərqli adamların xoş sözlərinə, təriflərinə reaksiyaları, təvazökar təbəssümü, bəzən xəfif atmacalarıyla düşündürür məni Tofiq müəllim. Doğulduğu ailə, böyüdüyü, yaşadığı mühit, dopdolu, zəngin, əfsanəvi 60- illərin yetirməsi olması, üstəgəl İstanbul, Moskva... Hamısı sözündə, üzünün cizgilərindədi... məncə, o, sözüylə adamı hara istəsə apara, gəzdirə bilər. Onunla danışanda birdən gözünü açıb özünü Moskvanın Qızıl Meydanında görə bilərsən, beş dəqiqədən sonra İstanbulun Taksimində kəstanə yeyə-yeyə gəzişərsən... bu sənə heç qəribə görünməz. Amma məhz indi, mənə Tofiq müəllimin özü sözüylə birgə Bakını, onun simvola çevrilmiş bir küçəsini gəzmək maraqlıdı.

... Yazıçılar Birliyinin yorğun pillələrini enə-enə ordan-burdan danışırıq. Təqdimatdakı çıxışları müzakirə edirik. Tofiq müəllim bəzi məqamları özünəməxsus yozur, şərh eləyir. Hətta tənqid edir bəzilərini. Deyir ki, Anar müəllim bizim hamımızdan gəncdi, məsuliyyətlidi, çünki o, gecə yatmayıb kitabı axıra kimi oxuyub, biz isə bir hissəsini oxumuşuq... Sonra zarafata salıb yumşaldır bir az məsələni...  Xaqani küçəsinə çıxınca qızmar günəş şüalarını düz gözümüzə vurur,  Sahil bağından gələn çalınmış ot qoxusu da qəribə ovqat yaradır içimdə.  Nizami küçəsinə doğru addımlayırıq... Nədənsə, Nazim Hikmət heç tərk eləmir beynimi. Bəlkə Tofiq müəllimin onun haqqında yazmasından, ona xüsusi münasibətindən, sevgisindəndi, bilmirəm. Bir misra elə hey fırlanır başımda: “Yeni meydanlar açılmış uzaqdakı şəhrimdə...” Nazim bu misraları yazanda on ildi ki həbsxanada idi... Uzaqdakı şəhərinə gedə bilmirdi. Bu faktı düşününcə şeir adamın ürəyini əsdirir, içini silkələyir. Amma əslində bəlkə heç bir qadağa, qandal, həbs olmadan sevdiklərindən, şəhərindən, sənə, ruhuna doğma yerlərdən uzaq düşmək daha çətindi. Bir zamanın şəhərlərə qarşı acımasızlığı. Şəhərlərin ömrü, vaxtı  çox sürətlə gedir, binalar, evlər sökülür, yenisi tikilir, təzə küçələr, prospektlər  salınır. Mağazaların adından tutmuş küçələrə, restoranlara, o restoranlarda işləyən ofisiantlara, tindəki bərbərxanada dəllək filankəs dayıya kimi, hamı, hər şey dəyişir, yenilənir. Sadəcə bu, tədricən olur deyə şəhərin sakinləri qabarıq hiss etmir olanları... Yəqin Tofiq Məliklinin Bakıya tez-tez gəlişinin səbəblərindən biri buduo metamorfozları aramla, alışaraq görmək, duymaq. Bakıyla ögeyləşməmək, bağları qırmamaq. “İldə bir neçə dəfə Bakıya gəlirəm. Əlli ildir şəhərimdən uzaqda yaşayıram, amma əlaqələri itirmirəm. Əslində buna görə ödül təsis olunmalıdı mənim üçün...” – deyib gülür. Sonra bir az fikrə gedib əlavə edir: “Bağları qırmamaq təkcə bura baş çəkmək, arada-sırada gəlib qalmaq deyil. Vətəndə baş verən hadisələrə, məsələlərə anındaca reaksiya vermək, mövqe bildirməkdi... Hər gün, hər gecə düşünməkdi bu şəhəri!” Başa düşürəm ki, Tofiq müəllim uzaqda olsa da, bir şeirində yazdığı kimi tez-tezdüşüncələr bulvarına gəzməyə çıxır naməlum bir ünvandan teleqram da alır, Bakının havasını, adamlarını da soruşur. Moskvayarüzgarlı, soyuq Bakı qarıyağdırmaq da, bir məktub gətirən poçtalyona görə bütün həyatı, adamları, dünyanı sevmək sadədi ondan ötrü. Amma bütün bu nikbinliyi, yupyumşaq sevgisi, həlimliyi ilə bərabər üsyankarlığı da varmış. Bunu qarşıda görəcəyəm... Hələlik Nizami küçəsinin qalabalığına yenicə qoşulmuşuq. Tofiq müəllim alim kimi metodlarını, yaradıcılıq sirrlərini bölüşür mən bütün bu həzin söhbətimizin küçəylə, adamların təlaşıyla, hamının harasa tələsməsiylə qədər uyuşmadığını düşünürəm. Yəqin elə həyat da budu, yaşamaq belə olur. Bacarığın varsa, o hay-küyün, sabun köpüyünün, qara-qışqırığın içində özün olacaq, bildiyin kimi yaşayacaqsan. Amma axına qoşulub getdinsə, vay halına... Tofiq müəllimin söhbətini dinlədikcə, səsinin tembrindən tutmuş addımlarının aramlığına kimi hamısı qəribə görünür mənə. Elə bil heç eyninə deyil ətrafda baş verənlər, özündə-sözündədi. Dağlarcadan yazdığı kitab haqqında danışırıq. Oxucunu yormamaqdan, daha doğrusu əsərin daha da maraqlı olmasından ötrü etdiyi redaktələrdən, ixtisarlardan söz açır. mən hər sözü sırğa eləyib qulağıma da taxıram, hələ imkanım olanda bu fərqli fikirlərdən ciblərimə doldururam. Axı hər vaxt belə fürsət düşmür ələ... Deyəsən, qonağım  bu bicliklərimi hiss edir, tez-tez gülərək: “Bütün içimi, sirrlərimi açıram da sənə...” – deyir. Amma etiraf edim ki mənə başqa sirrlər maraqlıdı.

– “Bayaq, bu küçəyə aid xatirələrinizi danışacağınızı demişdiz. O illərin Bakısı, parlaq, qızıl 60- illər başqaydı şübhəsiz. Amma indi yəqin ki, buralarda gəzdikcə nələrsə düşür yadınıza...” Tofiq müəllim az qala əlli il öncə olan hadisələri elə danışır, sanki hər şey dünən baş verib: “Bakının mərkəzində, indiki İstiqlaliyyət küçəsində yaşayırdıq. O vaxt bütün küçələr inqilabdan öncə necə adlanmışdısa, elə qalmışdı adamların yadında. Bu küçəyə köhnə adıyla Torqovı deyirdik. Bura hamımızın görüş yeri idi. Qızlar bəzənib gəzməyə çıxardılar, özlərini oğlanlara göstərərdilər. Oğlanlar da qızlarla tanış olmaq, yarısını tapmaq üçün, bəzən sadəcə, dostlarla əylənmək, gəzmək üçün gələrdilər bura. Bilirsiz bu küçədə qədər ailələrin təməli qoyulub, neçə-neçə burda tanış olan gənclər sonralar ailə qurublar? Amma bir şeyi deyim o zaman münasibətlər daha saf idi, pak idi elə bil. Qızlarla uzun-uzadı sənət söhbətləri edərdik, amma heç kimin ağlına pis fikir gəlməzdi”.

Doğrudan? Pis fikir deməkdi ki? Həmin o evlənmək? – deyib gülürəm. Tofiq müəllim anındaca duyur zarafatımı: “Yox ey, o başqa məsələ . Birini bəyənirsən, aşiq olursan, yaxınlaşırsan, sevirsən, ailə qurursan. Bunun dediyimə dəxli yoxdu. Amma qızlar-oğlanlar əsasən bərabər idilər. Qonaqlıqlarımız, söhbətlərimiz, müzakirələrimiz, hamısı bir idi... Bəzən birinin evinə yığışıb az qala səhərəcən sənət, ədəbiyyat söhbətləri edirdik. Ayrı heç maraqlı deyildi bizə. Kolbasalı buterbrod, bir sevdiyimiz şirin çaxır. Yeyib-içirdik, danışırdıq. Xoşbəxt olmaq üçün daha lazımdı ki?! Bax o mühit yetişdirirdi bizi”.

Həmsöhbətim o qədər canlı, obrazlı danışır ki, bütün dedikləri -qara kino kimi gəlir gözümün önünə. Hələ bir az nostalji hissləri keçirirəm. Sanki mən yaşamışam o illərdə. O uzun kitab növbələrində durmuşam, yaşıdlarımla mübahisələr etmişəm fasiləsiz, hələ yazı makinasının səsiylə qonşuları da dəng eləmişəm. birdən Tofiq müəllimin xəfif üsyanı məni fikirlərimdən ayırır. Bax burda Fəvvarələr bağındaNərgizkafesi vardı, hanı o kafe? Mənim qədər xatirələrim var o kafeylə bağlı. Günahkar adamlar kimi baxıram. “İndi var” – deyirəm. “O binanın altında”. Az qala uşaq kimi hirslənibyox” – deyir. “MənimNərgizkafemi söküblər, indi onun yerində fəvvarədi... Adamların hisslərinə, xəyallarına hörmətlə yanaşmaq lazımdı...” – deyərək fikrə gedir. Sonra sanki hansısa xatirələrinə baş vurub geri qayıdır, bugünün Bakısına. Tənqidçi ola, qüsurları görməyə?! Mümkünsüz işdi. Tofiq müəllimin xarakterinə xas həm onu, həm bunu görməsi, hər ikisini çəkinmədən deməsi burda da özünü göstərir. Görünür, tənqidçilər üçün zahiri gözəllikdən, üzdəki mənadan zövq almaq çətindi. İnsanlar bir əsərin süjetini, hansısa ayrıca sözləri, ifadələri düşünəndə, bundan təsirlənəndə tənqidçi əsərin skeletini, maketini duyur, qüsurları hiss edir. Tofiq Məlikli zahirən gözəl gördüklərinin mahiyyətindəki qüsurlardan danışır: “Bakı çox gözəldi indi. Elə bu küçədə fikir verin qədər maraqlıdı, yenidi hər şey. Amma bununla yanaşı, qüsurlar da var. Məsələn, bəzi küçələrdə tratuarlar yoxdu. Mən küçəyə, binaya baxmaq istəyirəm, bir görürəm maşın üstümə çıxır. Bunu canlı efirdə demişəm...” Deyəsən, “Nərgizin yoxluğu yaman hirsləndirib Tofiq müəllimi... Televiziyalarımızın səviyyəsindən, daha doğrusu, şou proqramların səviyyəsizliyindən tutmuş, indiki gənclərdə kitaba marağın azalmasına, yaxud yoxluğuna, toylarımızın qan təzyiqi qaldıran hay-küyünə, süfrələrimizdəki israfçılığa kimi hamısından danışır, amma özünəməxsus təmkinlə. Rus Dram Teatrının önündə müasir rus şou-biznesçilərinin afişlərinə baxıb gileylənir: “Qızlar bunlardan ötrü niyə ölürlər, bilmirəm. Vallah mənasızdı oxuduqları, elə normal görünüş yoxdu. Çox şeylər cılızlaşdı bu zəmanədə, heyif...” Yenə istər-istəməz söhbəti keçmişə aparmalı oluram. Çünki hiss edirəm ki, həmsöhbətim o illərdən danışdıqca ruhlanır, sevinir elə bil.

O vaxt Fellininin filmlərinə baxanda bizim daxili dünyamız alt-üst olmuşdu. Bütün həyatımızı, sənətə münasibətimizi dəyişdi o filmlər. Havalanmışdıq sanki. Səhərə kimi danışırdıq, müzakirələr edirdik. Məncə, bugünkü cəmiyyətin bir az qəddarlaşmağının səbəbi sənətdən uzaq düşməsidi...” Tofiq Məlikli bunları danışdıqca qəhərlənir elə bil. Bayaq tədbirində Dağlarcadan danışanda da, bir televiziya verilişində 20 Yanvardan söz açanda da kövrəlmişdi. Hətta gözünün yaşını da gizlətməmişdi, yadımdadı. Sentimental adamsız? – sualımın hardan gəldiyini hiss edir anındaca, heç düşünmədən cavab verir: “Çooox. Bəzən ifrat dərəcədə sentimentalam. Amma məni kövrəldə bilər? Sənət. Məsələn, gözəl bir şeir misrası. Ancaq mübahisələrdə, filanda mən güzəştsizəm, çox sərtəm. Sənətin, gözəl sözün gətirdiyi sentimentallıqdan isə çəkinmək lazım deyil. Bəzən deyirlər ki, kişi ağlamaz... Boş söhbətdi. Əksinə, əgər sən bir şeiri dinləyib, yaxud oxuyub  zamansa keçirdiyin xoş hissləri yadına sala bilirsənsə, kövrəlirsənsə, hətta hönkürüb ağlayırsansa, deməli yaşayırsan... Bunlar hamısı saflaşdırır insanı, duruldur, mərhəmətli edir. Ona görə deyirəm ki, indiki cəmiyyətin ən ciddi problemi sənətdən uzaq düşməsidi...”  Yenə 60- illərin şəhər-sənət mühitindən danışa-danışa indiki Xaqani bağına enirik. Keçmişdə Malakan bağı deyərdilər. Tofiq müəllim bu Malakan məsələsinin sirrini açır: “O vaxtlar Malakan qızları yığışardı bu bağa. Ona görə kim rus qızıyla tanış olmaq istəsəydi, gələrdi bura. Rus qızları nədisə daha sərbəst olardılar” – deyib gülür. Sonrabunları da yazacaqsan?” – soruşur. “Yox, Tofiq müəllim, siz rahat danışın!” – deyirəm. Amma məncə, bu məqamda biz ikimiz bilirik ki, yazacam hamısını. Axı bu cür söhbəti necəkəsib-doğramaqolar?!

Kənardan bir anlıq parkda dincələnlərə baxıram rəngarənglik maraqlı görünür mənə... Fəvvarənin səsinə qarışmış uşaq qışqırıqları, kənara çəkilən sevgililərin səs-küy içində itib batan pıçıltıları, şar satanların duzsuz reklamları... ən qəribə kontrastTofiq Məliklinin müəllimləri haqda söhbəti. Yenə anlayıram ki, həmsöhbətimdən ötrü məkan, ətrafında baş verənlər o qədər önəmli deyil. Bu səsli-küylü yerdə müəllimləri barədə dediklərindən onun bəzi başqa sirrlərini öyrənirəm: “Bizim bəxtimiz gətirdi ki, elə adamlar dərs dedilər bizə. Yusif Ziya Şirvani adlı müəllimimiz vardı. Ağzını açanda hamımız heyran olurduq. Səlis nitqi, danışıq qabiliyyəti, məntiqi, dərinliyi, ziyasısadəcə möcüzəydi. Təsəvvür edin ki, bu adam uzun illər Sibirdə sürgündə olmuşdu. Amma ziyalılığını qətiyyən itirməmişdi. Onun dərslərini su kimi içirdik, sevə-sevə dinləyirdik. Yaxud, Cabbar Cabbarov adlı müəllimimiz. Məncə, Azərbaycanda müəllim adını məhz belə adamlar müqəddəs ediblər. Müəllim peşəsinə, adına millətin sayğısı bunlardan gəlir...” Tofiq Məlikli müəllimlərindən danışdıqca həm fərəhlənir, həm kövrəlir. Nədənsə, birdən İstanbulda dərs dediyi vaxtlar, daha sonralar Moskva həyatı, ordakı dərsləri mövzumuza çevrilir. mən pedaqoji fəaliyyətinin onun xarakterinə, əsərlərinə qədər təsir etdiyini anlayıram. Öyrətmək, oxutmaq, bunun üçün xüsusi yollar, metodlar aramaq artıq onun gündəlik həyatına, işinə çevrilib.

Yavaş-yavaş gəzişirik parkda, İstanbulu, Moskvanı xəbər alıram. Bakıdan çoxmu seçilirlər? Hansı daha doğmadı ona?! Şeirlə cavab verir Tofiq müəllim. Daha doğrusu, zamansa yazdığı şeirin yaddaşında qalan misraları ilə:

Bu cəfadır, Allahım?!
Üç şəhərdə yaşamaq borcu...
Bakıya gedirəm...
İstanbulu xatırlayıram,
Moskvanı özləyirəm!
Moskvada...
Gözlərim Bakını axtarır,
İstanbulu axtarır!
İstanbulda...
qədər gəzsəm , yorulsam da,
Yuxumda Bakı var, İstanbul var!
Nədir mənə çəkdirdiyin, Allahım?!

Çaşıb
qalıram bu şeirdən sonra. Ya təsəlli üçün isə deməlisən, ya da susmalısan. Sakitcəbu da taledi, yəqin...” – deyirəm. Gözündə yaş parıldayır... “, faciədi” – deyir. “Sevgisini üç yerə bölmək faciədi... Sizin gözləriniz doldu, kövrəldiz. Gizlətməyin!” – deyir. birdən pillələrdə oturmuş bir neçə gəncin sınıq-salxaq dildə dilləndirdiyi musiqi alətlərinin səsi gəlir. Tofiq müəllim sakitcə baxıb, gülümsünür – “Əla” – deyir. Təsdiqləyirəm: “Düzdü, bundan yaxşı sonluğu ola bilməzdi budəfəki Benefisin!” Elə həmin pillələrdə sağollaşırıq. Nəsimi heykəlinə doğru addımladıqca düşünürəm. Qopa bilmirəm elə bil Tofiq müəllimin xatirələrindən. Mənim onu Moskvada, İstanbulda müşahidə etmək imkanım olub. Amma indi birdən fikirləşirəm ki, məncə, onun üç yerə böldüyü sevgisindən Bakıya böyük, çox böyük pay düşüb.

 





02.06.2014    çap et  çap et