525.Az

Sabiq baş redaktor vəfat edib


 

Sabiq baş redaktor vəfat edib<b style="color:red"></b>

“Millət” qəzetinin sabiq baş redaktoru Azər Hüseynov dünyasını dəyişib.

Bu barədə APA-ya Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü, qəzetin baş redaktoru Əli Orucov bildirib.
 
Onun sözlərinə görə, A. Hüseynov 1991-ci ildən nəşr olunan qəzetin ilk baş redaktorlarından olub.
 
A. Hüseynov dünən axşam saatlarında ürək tutmasından 61 yaşında vəfat edib.
 
O, son vaxtlar əsasən pedaqoji fəaliyyətlə məşğul olub, eyni zamanda “AzərTac” Dövlət Agentliyi ilə əməkdaşlıq edib.
 

 





02.06.2014    çap et  çap et