525.Az

Xaricdə doktorantura təhsilinə dair II sənəd qəbulunun tarixi məlum oldu


 

Xaricdə doktorantura təhsilinə dair II sənəd qəbulunun tarixi məlum oldu<b style="color:red"></b>

İyulda “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə dair 2022-ci il üzrə ikinci sənəd qəbuluna başlanılacaq.

Təhsil Nazirliyindən 525.az-a verilən məlumata görə, nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda təhsil alan Azərbaycan Respublikası vətəndaşları proqrama müraciət edə bilərlər. Proqrama müraciət tarixləri iyul-sentyabr aylarını əhatə edəcək.

Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı ilə  keçiddən tanış ola bilərsiniz.

Hər hansı əlavə sual yarandığı zaman FAQ/MVS və ya [email protected] mail ünvanına müraciət etmək mümkündür.

 





01.06.2022    çap et  çap et