525.Az

"Özümüz seçən yollar"- Çingiz Abdullayev yazır


 

Natiq Rəsulzadənin yaradıcılığı haqqında söz

"Özümüz seçən yollar"- <b style="color:red">Çingiz Abdullayev yazır</b>

Xalq yazıçısı, 
Azərbacan PEN klubunun  prezidenti  

 

Böyük Amerika yazıçısı O.Henrinin paradoksal hekayəsi belə adlanır. Fatalistlər hesab edirlər ki, bizim həyatımızda hər şeyi hansısa qüvvələr həll edir. Onların mən daxil olmaqla opponentləri isə hesab edirlər ki, insanın həyatı taleyi çox vaxt şüurlu şəkildə getdiyi yolda ona yardımçı olan şəxsi seçimindən asılı olur. Natiq Rəsulzadə uzun illər əvvəl İnşaat İnstitutuna daxil oldu sonacan davam etmədən peşəkar yazıçı olmaq üçün öz həyatını kökündən dəyişərək Ədəbiyyat İnstitutuna daxil olmaqla şüurlu şəkildə öz seçimini etdi. O, həyatının ən əsas seçimi qarşısında idi: bütün dövrlər üçün tələbat duyulan bir peşədən imtina edib gənc bir insana heç bir təminat vəd etməyən mücərrəd yazıçılıq peşəsini seçmək lazım gəlirdi. Adətən, bu yaşda heç hər kəs həyatını kökündən dəyişməyə özündə cəsarət tapa bilmir. Amma onun cəcarəti çatdı. səhv etmədiyini öz həyatıyla təsdiqlədi.

 

Mən tez-tez həyatları ilə yaradıcılıqları arasında sıx bağlılıq olan yazıçı paradoksallığı haqqında düşünürəm. Dünya ədəbiyyatının ən böyük novellistləri, ən yaxşı hekayətçiləri Çexov, O.Henri, Mopasson. Tale, sanki onlarla oyun oynayaraq, birinə əlli yaş həddini aşmağa imkan vermədi. bu müəlliflər sanki vaxt azlığını hiss edərək ömürlərinin böyük romanlar üçün yetərli olmayacağını dərk edərək qısa dərin novellalar yaratdılar. Hər halda, Mopasson qırx üç yaşınacan altı roman, Çexov qırx dörd yaşınacan, indiyə qədər dünyanın bütün teatrlarında oynanılan nəhəng pyeslər yaza bilsə , bu gənc insanlar, bizlərə öz əsərlərini miras qoyub, ölümsüzlüyə qovuşanda sanki artıq  müdriklik yaşındaydılar .

 

Əvəzində çoxcildlik epopeyalar müəllifləri Huqo, yaxud da Tolstoy uzun ömür sürməyi bacardılar. Hardasa elə bil bu dahilər bütün bəşəriyyətlə bölüşmək istədikləri əsas insani həqiqətlərin nüvəsini təşkil edən ölməz əsərlərini yaratmaq üçün özlərini bu uzun ömrə hazırlamışdılar. Bəlkə onlar da ədəbiyyatşünasların tənqidinə, kifayət qədər çoxsaylı opponentlərinin, o cümlədən siyasi bədxahlarının fikrinə əhəmiyyət vermədən hansısa qüvvənin təsiriylə öz yollarının istiqamətini, seçimini hiss etmişdilər. Bəlkə elə əsl yazıçı ümumiyyətlə, həyatda öz təyinatını hiss edə bilir? Yaxud da əsər özü bu ya digər şəkildə onun həyatına təsir edir?

 

İyirmi yaşında həyatını köklü şəkildə dəyişən Natiq Rəsulzadə, artıq təxminən yarım əsrdi ki, idrakının seçdiyi yolla addımlayır. Hələ lap gənc yaşlarındaGecə atlısıəsərini yazmaqla o, Azərbaycan ədəbiyyatındakı bütün  mövcud ehkamları dağıtmağa özündə cəsarət tapıb imzasını təsdiqləyə bildi. Ona qədər heç bir yazıçı bu cür aktual mühüm mövzuya toxunmamışdı, bu haqda bu qədər açıqlıq xırdalıqlarla yazmamışdı. Kitab əsl bestsellerə çevrilir gənc müəllif atıq yetkin yazıçı, Ustad kimi qəbul olunur.

 

Amma elə bu məqamda  yenidən həyatın yaradıcılığa yaradıcılığın həyata təsiriylə bağlı özümə sual verirəm. Axı , Natiqlə birlikdə Ədəbiyyat İnstitutuna bir neçə adam da getmişdi ki, onlardan da biri onun tanınmış yazıçı oğlu olan dostu idi. Paradoksallıq burasındadı ki, Ədəbiyyat İnstitutunun bütün təcrübəli müəllimləri məhz həmin gənc insana uzun xoşbəxt ədəbiyyatçı ömrü  zəmanəti vermiş, onun gələcəyin əsl Ustadı kimi görmüşdülər. Bu gənc insan müəllimlərin rəğbətini qazanaraq, əla təhsil alacaqdı. Amma Bakıya qayıdanda həyat onunla acı zarafat edəcəkdi, o, müxtəlif, o cümlədən subyektiv səbəblərdən əbədiyyatda iz qoya bilməyəcək bu zaman Natiq ciddi-cəhdlə öz dünyasını yarada-yarada israrla məhsuldarlıqla işləyəcəkdi.

 

Heç nəyə baxmadan işləyəcəkdi. Natiqin özünün qənaətincə, yazıçı istedadı, əlbəttə əgər varsa, Müəllifə təzyiq etməyə, ona bir gün belə işsiz dayanmağa imkan verməməyə, vərəq qarşısında saatlarla oturmağa məcbur etməyə görə cavabdehlik daşıyır. artıq təxminən yarım əsrdi ki, o, yeni-yeni əsərlər yaratmaqla böyük ədəbiyyatda yerini təsdiqləyib.

 

Əsərləri bir neçə gənc ədəbiyyatçılar nəslinin stolüstü kitabına çevrilən müasir ədəbiyyatın böyük Ustadı Kahini Qabriel Qarsia Markesi itirdiyimiz bu günlərdə isə qəflətən dərk etdim ki, vaxtsa uzaq Latın Amerikasında yarananmagik realizmibütün bu illər boyu bizim ölkədə öz qəribə, fantasmaqorik, realistik dünyasını yaratmaqla məhz Natiq Rəsulzadə bizlərə təqdim edib. OnunXonxorlarromanı bizim ədəbiyyatda magik realizmin nümunəsidi. Üstəlik, bu, həm bir neçə nəslin həyatını bir ailənin timsalında göstərərək, onun qəhrəmanlarının talelərinin məhkumluğu, bir ailənin üzvlərinin hərəkətlərinin tragik komik məğzini açıb göstərmək baxımından da ilkin cəhdlərdəndi. Bu heyrətamiz kitabda ilk dəfə qan düşmənçiliyinin faciəvi tarixçəsi onun qəhrəmanlarının fantastik uçuş məharəti vəhdətdə verilir. Mən kifayət qədər obyektiv adamam bu əsərdə müəllifin tələskənliyini sözləri axıracan demədiyini hiss etmişəm. Amma bununla belə məhz azərbaycanlı müəllifin yaratdığı bu roman Azərbaycan ədəbiyyatında həqiqətən böyük hadisədi.

 

O, yalnız əsərlərini yaratmaqla kifayətlənmir. Bu gün yazıçıya yeni dünyalar yaratmaq azlıq edir. Gərək mütləq öz ideyalarını da oxucuya çatdırasan. Son iyirmi beş ildə bunu etmək, demək olar ki, mümkünsüzləşib. Bu vəziyyətdə bir çox müəlliflər onsuz da əsərlərinin heç vaxt çap olunmayacağı qənaətinə gələrək sadəcə, əllərini yanlarına salırlar. Belə ki, çox az müəllif kitablarının çapı üçün sponsor, naşir, messenat tapmaq imkanına malikdi. Mən həmişə bu prosesə neqativ münasibət bəsləmişəm, hesab eləmişəm ki, bu cür axtarışlar yalnız yorucu yox, həm əsl yazıçı üçün təhqiredicidi. Bəs bu halda öz kitablarını oxucuya çatdırmaq istəyən müəllif etməlidi? Təsdiq olunmayan klassik pozasında qürurla dayanıb gələcək nəsillərin onun əlyazmalarını tapıb vaxtsa nəşr edəcəyinə ümid etsin? Bu, olduqca uzun gərəksiz yoldu. Yazıçı bu qədər təvazökar olmamalıdı, oxucu üçün yazdığı əsərlərin ona çatması uğrunda hər şeyə qatlaşmalıdı. Yazıçı sözün ən yaxşı mənasında qrafoman olmağa məhkumdu. Gərək yaratmaq prosesinin özü ona məmnunluq gətirsin. Ən böyük məmnunluq hissi isə istənilən müəllif üçün onun kitablarının oxunmasıdı. Belə oxucular çox olduqca isə, onlarsız mövcudluğu mümkünsüz olan yazıçının özünə qarşı məsuliyyəti daha da artır.

 

Natiq Rəsulzadə təxminən yarım əsrdi ki, Ədəbiyyatın xidmətindədir. Dəyişən şəraitlərə, rejimlərin, sosial quruluşların bir-birini əvəzləməsinə, müxtəlif siyasi kataklizmlərə baxmayaraq, o, hələ gənc yaşlarında seçdiyi həmin yolla getməkdə davam edir. mən yenidən Yolun məhz onu seçmək qərarını gələn müəllifə təsiri barədə düşüncələrə dalıram. Səksəninci illərin ortalarında iki orta yaşlı müəllif mənim daha çox maraq dairəmdə idi. Onlardan biri gələcəyinə böyük ümidlər bəslənən yazıçı idi. Amma o vaxt, səksəninci illərin sonlarında həmin yazıçı öz yolunu azca dəyişmək qərarına gəlib hakimiyyətdəkilərin dediyi ilə hərəkət etdi, onların opponentlərini tənqid edib, həmin rejimin mənafeyinə uyğun əsərlər yazmağa başladı. Həmin dövrdən iyirmi beş ildən artıq vaxt keçib. Ümidlər bəslənən həmin yazıçı ortaya ciddi nəsə qoymadan məişət yazıçısına çevrildi. olsa-olsa yalnız tanınmış Şairin kürəkəni kimi qəbul olunan digər müəllif isə yaradıcılığa jurnalist kimi başladı, öz qəzetini yaratdı, yazılarını dərc etməyə başladı, hətta Milli Məclisin deputatı oldu Qarabağ müharibəsinin faciəvi hadisələrindən doğan ağrı-acıların təsiriylə get-gedə böyük yazıçıya çevrildi. Onun əsərlərinin oxucuları öz ölkəsində günü-gündən artmaqdadı. O, seçdiyi yolla israrla addımlamaqda davam edir, bu yoldan çıxmaq, yaxud sapmaq niyyətində deyil.

 

Özümüz seçən yollar. Həyatda düzgün yol seçmək necə vacibdi. Hər yaradıcı şəxsdə olduğu kimi, Natiqdə xeyli şəxsi problemlər, komplekslər var. O, həmişə tərəddüd içərisindədi, əzablara qatlaşmaq məcburiyyətindədi, hər söz, hər cümlə üzərində cilalı aparmaqla yaratdığı əsərlər ona ağır başa gəlir. Onun sənətdəki yolu eynilə finala dolanbaclarla, xoşbəxtliyə səddlər idrakın mürəkkəb qatlarıyla gedib çatan Bethovenin yolu kimidi. Amma bu yol şüurla seçilmiş yoldu. Natiq qarşısına çıxan bütün sınaqlara, maneələrə baxmayaraq, bu uzun illər boyu bir dəfə bu yola xəyanət etməyib. Bu sınaqlar bəzən eynilə əsərlərindəki kimi fantasmaqorik, bəzən şəxsi həyatıyla əlaqədar tragik olub.

 

İyirmi yaşında gənc yazıçıların əksəriyyətinə elə gəlir ki, onlar bütün dünyanı fəth edə bilərlər. Altmış beş yaşında bu illüziyalar qeybə çəkilir. Az-maz tirajlar, kitab çapının çətinliyi, oxucuların kütləşməsi, kitab mağazalarının məhdud sayda olması, nədənsə özlərini alim hesab edən bisavad tənqidçilər, ağır yazıçı əməyinə ədalət naminə verilməli olan qonorarların demək olar ki, yoxluğu kimi müəllif qarşısına çıxan maneələr artıq çoxlarını əsl ədəbiyyatdan getməyə vadar edib. Amma Natiqin öz sözləriylə desək, “Gərək istedad insana təzyiq etsin”. Bəli, əsl yazıçılar bütün çətinliklərə sinə gərərək işindən qalmır, öz kitabını bütün ömrü boyu yazır. Bu yerdə mərhum Qabili xatırlayıram. O, səksən yaşında da şeirlərini yazırdı bizləri öz oxucusu qismində görəndə uşaq kimi sevinirdi.

 

Natiq yazmaqda davam edir. Onun sonuncuKaşmar Maştağalının həyatı ölümüəsərini mənAzərbaycan magik realizmisırasına daxil edərdim. SSRİ-nin doxsan birinci il süqutundan sonra daha bir özünəməxsus paradoks yarandı. Müstəqillik qazanmış ölkə dünyadakı yerini müəyyənləşdirmək istəyir, onun yazarları isə dünya arenasına çıxış yolları axtarırdı. İstedadlı insanlar taleyin zərbələri altında əzilirdilər. Kimisi ətrafda olan hər kəsi günahkar bilib əsəb sarsıntısı keçirir, kimisi onların yaratdıqları ciddi ədəbiyyatı kütbeyin oxucuların dərk etmədiyi xülyasıyla xoş bir tərzdə özünü aldadırdı. Kimisi öz yolunu dəyişib biznesə yaxud siyasətə üz tutmaqla, sadəcə yazıçılıqdan getməyi seçdi. Bu qaçılmaz çöküşə qarşı kim dayana biləcəkdi? Kim hələ öz oxucularına bel bağlayıb yazmaqda davam edəcəkdi? Natiq Rəsulzadə hər şeyə rəğmən bu gün yazmaqda davam edən, öz aləmlərini yaradan Müəlliflərdən biri kimi qalır. Dahi Şopenhauer deyir ki, adi insan vaxtı necə öldürmək, istedadlı insan isə vaxtı necə diriltmək barədə düşünür.

 

Əhatəmizdə qədər müxtəlif insanlar var- tənbəl yaradıcı qabiliyyəti olmayan istedadsızlar da o cümlədən. Onlar yazmamaq üçün minlərlə bəhanə taparaq, ağıllarına belə gətirmirlər ki, bu, sadəcə onların istedadsızlıqlarından doğan bir şeydi. Amma əminəm ki, onların çoxu hər şeyə rəğmən yollarına özlərinin seçdikləri yolla davam edən azsaylı müəlliflərə həsəd qısqanclıq hissiylə yanaşırlar. Qəzavü-qədərə o qədər inananlardan deyiləm, amma kim bilir, bəlkə öz təyinatımızı bitirib harda haçan dayanacağımızı elə Yol özü müəyyənləşdirir. Gələcəyə heç kim təminat verə bilməz, hətta fatalistlər . Amma bu yolda bizlər öz arxamızca oxucuların mühakiməsinə verdiyimiz əsərlərimizi qoyub gedirik. onların təşəkkür hissi bu keçilən yola verilən ən əsas dəyərdi. Biz Böyük Müəlliflərin bizlər üçün açdığı yolla gedərək onların miras qoyduqları müdrikliyi həqiqətin dərkini yenidən kəşf edirik. Hər birimiz sadəcə, bu sonsuz-hüdudsuz yolda öz izini qoymaq istəyən tənha yolçularıq. Bizlərdən yalnız bəziləri  iz qoya biləcək. Onların arasında Azərbaycan yazıçısı Natiq Rəsulzadə var.
 





02.06.2014    çap et  çap et