525.Az

Böyük ədəbiyyatşünaslıq uğrunda (davamı)


 

Böyük ədəbiyyatşünaslıq uğrunda <b style="color:red">(davamı)</b>

AMEA-nın vitse-prezidenti,
Nizami adına Ədəbiyyat İnstitutunun direktoru,
Milli Məclisin deputatı,
akademik 

XX əsrin altmış-səksəninci illərinin ədəbiyyatşünaslıq elmi üzrə görkəmli sayıla biləcək elm xadimləri sırasında bir neçə böyük şəxsiyyəti ayrıca qeyd etmək lazımdır. Fikrimcə, ədəbiyyatşünas-şəxsiyyətlər epoxası olan bu tarixi mərhələnin elmi-nəzəri dərinlik əhatəlilik baxımından ən uca zirvəsi Məmməd Cəfər Cəfərovdur. Məmməd Cəfər Cəfərov Azərbaycan ədəbiyyatının görkəmli şəxsiyyətlərinin demək olar ki, əksəriyyəti haqqında, məsələn, “Nizaminin humanizmi”, “Füzuli düşünürsilsiləsində, Məhəmməd Hadiyə, Cəfər Cabbarlıya, Səməd Vurğuna həsr edilmiş məqalələrində olduğu kimi, nəinki öz dövrü üçün, hətta bu gün yeni, dərin müasir səslənən elmi fikirlərin ideyaların müəllifidir. Məmməd Cəfər Cəfərovun özünəməxsus ədəbiyyatşünaslıq konsepsiyası vardır. Bu görkəmli alim Azərbaycan romantizmşünaslığının banisidir. Onun XIX əsr rus ədəbiyyatına həsr etdiyi sistemli tədqiqatlar dərsliklər rus dilinə tərcümə olunarsa, Rusiyanın ən tanınmış alimlərinin əsərləri ilə ən azı yanaşı dura bilər. Məmməd Cəfər Cəfərovun irsində elmi düşüncə ideoloji baxışlardan qat-qat üstündür. Daha doğrusu, ideoloji detallar onun ən sanballı əsərlərinin daha çox zahiri tərəfini əhatə edir. Məmməd Cəfər Cəfərovun elmi əsərlərində bədii ədəbiyyatın, ədəbi prosesin daxili məntiqi təkamülü əsasında təhlillərin, müqayisələrin aparılması, ümumiləşdirmələrin formalaşdırılması əksər məqamlarda baş tutmuşdur.

Akademik Həmid Araslı klassik ədəbiyyatın tədqiqi üzrə elmi məktəb yaratmışdır. Hazırda bu məktəbi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvləri Əliyar Səfərli, Teymur Kərimli, professor Xəlil Yusifli başqaları uğurla davam etdirirlər.

Məmməd Arif Dadaşzadənin XX əsr ədəbiyyatına, xüsusən Cəfər Cabbarlıya Səməd Vurğuna aid sanballı tədqiqatları ədəbi-tənqidi əsərləri həmişə yaşaya bilən əhəmiyyətli elmi hadisələrdir. Mikayıl Rəfili, Mir Cəlal Paşayev Cəfər Xəndanın ədəbiyyat nəzəriyyəsi sahəsindəki xidmətləri ədəbiyyatşünaslığın bu istiqamətinin möhkəm bünövrəsini təşkil edir. Məmmədhüseyn TəhmasibAzərbaycan folklorşünaslığının Jirmunskisidir. Əli Sultanlı antik ədəbiyyatın həm mükəmməl tədqiqatçısı, həm unudulmaz təbliğatçısı idi. Feyzulla Qasımzadə, Abbas Zamanov, Əziz Mirəhmədov... əsası Firidun bəy Köçərli ilə qoyulmuş ədəbiyyat tarixçiliyi məktəbini yeni mərhələdə uğurla davam etdirmiş, özlərinə məxsus keyfiyyətlərlə zənginləşdirmişlər. Kamal Talıbzadə Azərbaycan ədəbiyyatşünaslığında tənqid tarixi məktəbini formalaşdırmışdır.

XX əsrin altmış-səksəninci illərinin ədəbiyyatşünaslığı üçün səciyyəvi olan cəhətlərdən biri ağsaqqal nəslin özlərinin davamçılarını yetirmək baxımından yeni elmi nəslə göstərdikləri böyük qayğı ilə bəslədikləri dərin ümid inamla əlaqədardır. Bunun nəticəsidir ki, ədəbiyyatşünaslıqda Məmməd Arif Dadaşzadə məktəbinin davamçıları, Məmməd Cəfər Cəfərov məktəbinin yetirmələri, Həmid Araslı, Kamal Talıbzadə istiqamətinin, Feyzulla Qasımzadə, Abbas Zamanov, Mir Cəlal Paşayev, Əli Sultanlı, Məmmədhüseyn Təhmasib xəttinin təmsilçiləri yetişmişdir. Əziz Mirəhmədov Azərbaycan mətnşünaslıq məktəbini yarada bilmişdir. Hətta yeni nəslin sıralarından da öz məktəblərini formalaşdıran istedadlı ədəbiyyatşünaslar meydana çıxmışdır. Məmməd Cəfər Cəfərov məktəbində formalaşan Yaşar Qarayevin ədəbiyyatşünaslıqda məktəb yarada bilməsini ictimaiyyət əhəmiyyətli hadisə kimi qarşılamışdır. Məmməd Cəfər Cəfərov Yaşar Qarayevi məktəb yaratmaq səviyyəsinə qədər ürək genişliyi ilə hazırlamışdı. Ustad öz yetirməsini davamçısı səviyyəsindən ucada görmək üçün bütün mənəvi, elmi imkanları yaratmışdır. Yaşar Qarayev ustadına dərin ehtiramın nümunəsini göstərmişdir. Yaşar Qarayevin Məmməd Cəfər Cəfərova həsr etdiyi elmi-fəlsəfi esse mütəfəkkir ustad ədəbiyyatşünas alim haqqında, hətta bəlkə bütövlükdə ədəbiyyatşünaslıq elmi haqqında üvertüradır. Ümumiyyətlə, Məmməd Cəfər Cəfərov Yaşar Qarayev münasibətləri Azərbaycan ədəbiyyatşünaslığında ustad-davamçı-ustad modelinin nadir əhəmiyyətli nümunələrindən biridir. Məmməd Cəfər Cəfərov-Yaşar Qarayev ustad-davamçı münasibətləri bir çox yeni elmi nəsillərin formalaşdırılması, hazırlanması baxımından hər iki tərəf üçün nümunəvi, ibrətamiz bir model kimi qəbul olunmağa layiqdir.

Ədəbiyyatşünaslıq elminin tarixində XX əsr ərzində belə örnəklər az da olsa yenə vardır. Yəni ustad ədəbiyyatşünasların istedadlı yetirmələrinə davamçılarına ardıcıl olaraq qayğı diqqət göstərmələri, onların inkişafı üçün mühüm imkanların yaradılması faktları az deyildir. Lakin davamçının, yetirmənin özünün elmi məktəbini yarada bilməsi faktı Yaşar Qarayevin simasında nadir hadisələrdən biridir. Deməli, bu, çətin olsa da, mümkün işdir. Bugünkü ədəbi-elmi prosesi təhlil edərkən ustadlar davamçılar üçün yenidən düşünməyə dəyər...   

4. Müstəqillik dövrü  Azərbaycan ədəbiyyatşünaslığı

Sovet ideologiyasının təsirlərindən, qəliblərindən, tədqiqat üsullarından, təhlil metodlarından xilas olmaq milliləşmə proseslərinin genişləndirilməsi müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslığının əsas səciyyəvi xüsusiyyətləridir. Bu mərhələnin başlanğıcında ədəbiyyatşünaslıq həm yeni cəmiyyət qarşısında vətəndaşlıq məsuliyyətini da yerinə yetirməli olduğu üçün xeyli dərəcədə publisistikaya doğru meyillənmişdir. Elmi publisistika bədii publisistikanı üstələmiş, ədəbiyyatşünaslığın da bir çox funksiyalarını əhatə etmişdir. Ədəbiyyatşünaslıq ədəbiyyatda milli idealların ictimai proseslərin qiymətləndirilməsinə, araşdırılıb ümumiləşdirilməsinə daha çox diqqət yetirmişdir.

Əlbəttə, millilik mövqeyindən çıxış edən ədəbiyyatşünaslıq həmişə mövcud olmuşdur. Mirzə Fətəli Axundzadənin, Firidun bəy Köçərlinin, Salman Mümtazın tədqiqatlarında millilik, azərbaycançılıq birmənalı şəkildə öz əksini tapmışdır. Sonrakı dövrlərdə bütün çətinliklərə baxmayaraq xəlqilik, vətəndaşlıq formatında olsa da ədəbiyyatda da, ədəbiyyatşünaslıq elmində azərbaycançılıq yaşadılmışdır. Bütün bunlarla bərabər, dərin mənada azərbaycançılıq üstündə köklənmiş sistemli ədəbiyyatşünaslıq elmi ölkəmizdə dövlət müstəqilliyi qurulduqdan sonra tam olaraq geniş şəkildə inkişaf etməyə başlamışdır. Bu mənada konkret tarixi özünüifadə kimi müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslığı XX əsrin səksəninci illərinin ikinci yarısından başlamış davam etmişdir. Birinci Cümhuriyyət dövrü zaman etibarilə çox qısa olduğuna XX əsrin əvvəllərindəki Azərbaycan ədəbiyyatşünaslığının ümummilli prosesləri ilə qaynayıb-qarışdığına görə xüsusi bir mərhələyə çevrilə bilməmişdir. Azərbaycan ədəbiyyatşünaslıq elmində keçən yüzilliyin səksəninci illərindən başlanan milliləşmə prosesləri, vətəndaşlıq pafosu doxsanıncı illərin axırlarına qədər özünün keçid dövrünü yaşamışdır. Məlum sovet ideologiyasının cazibəsindən qurtarıb, dərhal yeni cəmiyyətin doğurduğu vəzifələri əks etdirməyin çətinliklərinə, həm zamanın təlatümlərinə görə keçid dövründə Azərbaycan ədəbiyyatşünaslıq elmində nəzərəçarpacaq bir geriləmə baş vermişdir. Fikrimcə, XXI əsrin başlanğıcından sonra müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslığında irəliləyiş inkişaf qaçılmaz bir prosesə çevrilmişdir.

Görkəmli dövlət xadimi Heydər Əliyevin azərbaycançılıq məfkurəsini dövlət ideologiyası səviyyəsinə çatdırması elmi fikirdə yeni tarixi epoxada bədii düşüncə istiqamətində bu mövqenin möhkəmləndirilməsi ilə nəticələnmişdir. Bu mənada müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslığı elmdə azərbaycanşünaslığın üzvi tərkib hissəsidir. Ədəbiyyatda Vətən, millət, torpaq, tarixi yaddaş, soykökə qayıdış, milli-mənəvi özünüdərk, milli birlik dirçəliş proseslərinin elmi tədqiqatlarda ön mövqeyə çəkilməsi yeni dövr Azərbaycan ədəbiyyatşünaslığının xarakterik xüsusiyyətidir. Eyni zamanda, çoxəsrlik milli ədəbi ənənələrin yenidən dəyərləndirilməsi əsasında tədqiqatların meydana çıxması da müstəqillik mərhələsi ədəbiyyatşünaslığının ana xəttini təşkil edir. Bundan başqa, dünya elminə inteqrasiya baxımından da müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslığında ideoloji prinsiplərin deyil, real qarşılıqlı əlaqələrin öyrənilməsinə diqqət yetirilir. Azərbaycan ədəbiyyatının dövlət müstəqilliyi şəraitində milli bəşəri dəyərlərə doğru istiqamətləndirilməsi müasir Azərbaycan ədəbiyyatşünaslığının əsas vəzifələrindəndir. Nəhayət, müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslığının formalaşdırılması, möhkəmləndirilməsi inkişaf etdirilməsi yeni epoxanın irəli sürdüyü zəruri tələblər sırasında mühüm yer tutur. Son vaxtlar Nizami adına Ədəbiyyat İnstitutunda baş verən dəyişiklikləryeni şöbələrin: Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı, Azərbaycan mühacirət ədəbiyyatı, Nizamişünaslıq, Ədəbi tənqid, mətbuat tarixi publisistika şöbələrinin, Füzulişünaslıq sektorunun yaradılması, ədəbiyyat nəzəriyyəsi yönlüPoetika. izmelmi jurnalının təsis edilməsi, “Ədəbi əlaqələrməqalələr toplusuna institut jurnalı statusu verilməsi, Nəşriyyat proqnozlaşdırma köməkçi şöbəsinin təşkili ədəbiyyatşünaslıq elminin yeni inkişafını təmin etmək, proseslərə təkan vermək məqsədi daşıyır.

   

Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında yaradıcılıq metodu məsələsi

Müstəqillik dövrü ədəbiyyatşünaslıq elmi yeni tarixi epoxada Azərbaycan ədəbiyyatının yaradıcılıq metodunu da müəyyənləşdirməlidir. Sosialist realizmi vahid yaradıcılıq metodu sovet dövrünün çökməsi ilə arxivə getməli olmuşdur. Bəs yeni dövr Azərbaycan ədəbiyyatı hansı yaradıcılıq metoduna istinad edir, yaxud etməlidir? Şübhəsiz ki bu sual xüsusi bir yaradıcılıq müşavirəsinin, ayrıca bir monoqrafik tədqiqatın ya tədqiqatların mövzusudur. Hələlik isə diqqəti bu istiqamətə yönəltmək üçün qeyd etməyi lazım bilirəm ki, təkpartiyalı sovet sistemindən fərqli olaraq, müstəqillik demokratik Azərbaycan cəmiyyətinin ədəbiyyatında vahid yaradıcılıq metodu yox, ədəbi prosesdə baş verən bir neçə əsas istiqaməti əks etdirən yaradıcılıq metodları olmalıdır. Artıq ədəbi prosesdə realizmin davamlı ənənələri ilə yanaşı tənqidi realizm, sürrealizm, neorealizm kimi yeni təzahürləri müşahidə olunur. Postmodernist baxış bir qədər ədəbi prosesdə müvazinətini saxlayaraq, yaradıcılıq metoduna çevrilmək imkanı qazana bilər. Romantizm sentimentalizm Azərbaycanın yeni dövr ədəbiyyatında görünməkdədir. Eksperimental izmlərə rast gəlmək mümkündür. Bu yaradıcılıq metodlarından, hətta görünüb çəkilən ulduzlar kimi nəzərə çarpan digər izmlərdən Azərbaycan ədəbiyyatında hansının yaradıcılıq metodu səviyyəsində yaşayıb davam edəcəyini, ədəbi prosesdə oturaqlıq qazanacağını ədəbiyyatşünaslığın rəsədxanasından diqqətlə müşahidə etmək lazımdır. Bu prosesdə yəqin ki, yeni müşahidələr olacaq fərqli mülahizələr meydana çıxacaqdır. Ancaq hələlik yeni epoxanın əsas yaradıcılıq metodlarından ənənəvi olanlar realist romantik metodlar təkmilləşmə, yeniləşmə prosesləri keçərək yaşayırlar. Ancaq bu bədii metodlar da keçmiş əyyamda olduqları kimi deyildir. Ədəbiyyatşünaslıq elmi həmin yeniləşmənin mahiyyətini izah etməlidir.

Bundan başqa, normal ədəbi proses məntiqi ilə düşünsək, davamlı yaradıcılıq metodları yeni ədəbi cərəyanları doğurmalıdır. Realizm romantizm Azərbaycan ədəbiyyatında doğma, oturaqlı olduğu üçün öz yollarını bir qədər yeniləşmə ilə davam etdirirlər. Amma hələ bu ənənəvi metodlar, yaxud cərəyanlar da konkret tarixi şəraitdə yeni mərhələyə çevrilə bilməyiblər. Məsələn, XX əsrin əvvəllərində meydana çıxan tənqidi realizm XVIII əsrdən Molla Pənah Vaqifdən, sonra Mirzə Fətəli Axundzadədən keçib gələn realizmin yeni inkişaf mərhələsi idi. Bu mənada indiki Azərbaycan realizmi, yaxud da digər izmlərdən hər hansı biri yeni mərhələ səviyyəsinə gəlib çatmışdırmı sualına cavab vermək çətindir. Postmodernizm, sentimentalizm digər izmlərin ədəbi cərəyan səviyyəsinə qalxması üçün bu istiqamətlə konkret tarixi şəraitdə bir neçə yazıçının, sənətkarlar qrupunun yazıb-yaratması, yaradıcılıq birliyi tələb olunur. Ədəbi mühitdə isə eyni metod üzrə qabarmalar çəkilmələr müşahidə olunsa da konkret izm ətrafında ədəbi cəbhə ya zəif görünür, yaxud da davamlı ola bilmir. Ədəbi cərəyanların formalaşması üçün konkret özünəməxsus zaman lazımdır. Məsələn, magik realizm İsa Muğanna sənətinin yaradıcılıq metodu kimi müşahidə olunur. Dünya ədəbiyyatında da artıq magik realizm oturuşmuş bir sistemə çevrilmişdir. Məşhur Kolumbiya yazıçısı, Nobel mükafatı laureatı Qabriel Qarsia Markesin simasında magik realizm dünyada genişlənib inkişaf etmişdir. Dünyada son 25-30 ildə baş verən böyük ictimai-siyasi dəyişmələr bədii ədəbiyyatda reallıqların magik qavrayışını önə çıxarmışdır. Artıq dünya ədəbiyyatında magik realizm cərəyanı hamı tərəfindən etiraf olunur. Azərbaycanda dəyişən dünya ilə birlikdə əslində yeni bir sistemə möhtəşəm keçid hadisəsi baş vermişdir ki, o da öz ədəbiyyatını, o cümlədən magik realizmi doğura bilər. İsa Muğannanınİdealdan başlanan yolunun davam etməsi əslində dünyada ölkəmizdə gedən böyük siyasi-tarixi proseslərin ədəbiyyata gətirdikləri yeni düşüncələr yanaşma üsulları ilə bağlıdır. Bütün bunlarla bərabər, magik realizmin Azərbaycan ədəbiyyatında ədəbi cərəyana çevrilməsi üçün mollanəsrəddinçilər, yaxud füyuzatçılar kimi konkret zaman çərçivəsində, eyni dövrdə bu istiqamətdə yazıb-yaradan yazıçı şairlərin yaradıcılıq birliyi prosesi baş verməlidir. Hələlik isə yaradıcılıq birliyi, məfkurəvi ədəbi cəbhə yox, qüvvətli, yaxud zəif olsa da, fərdlər, tək-tək yazıçılar nəzərə çarpır. Hətta Xalq yazıçısı İsa Muğannanın dünyasını dəyişməsi ilə magik realizmin ədəbi cərəyana çevrilməsi şansı xeyli dərəcədə azalmışdır. Bu metoda, yanaşma tərzinə üstünlük verən ədəbi nəslin kimin ətrafında birləşib ədəbi cəbhə yarada biləcəyi sual altındadır. Davamlı ənənələrin yaşadılmasına əsaslanan ədəbi məktəbdən fərqli olaraq, ədəbi cərəyan üçün uzun bir dövr yox, konkret tarixi zaman çərçivəsində yaradıcılıq cəbhəsi tələb olunduğuna görə indiki halda magik realizmin ədəbi cərəyan səviyyəsinə qalxmaq şansı azdır. Çünki eyni ədəbi ideya üsullar ətrafında cəmləşmək üçün konkret ədəbiyyat liderini müəyyən ideya əsasında təsəvvür etməklə əsasən ənənəni yaşatmaq mümkün olur ki, bu da ədəbi cərəyan yox, ədəbi məktəb yaratmaq üçün daha yetərlidir. Ancaq magik realizm yaradıcılıq metodu, yanaşma üsulu kimi ədəbiyyatda davam edə biləcəkdir.

Ümumiyyətlə, müstəqillik dövrü Azərbaycan ədəbiyyatında bədii metod ədəbi cərəyan məsələsi aktual bir problem kimi meydana çıxmışdır, ədəbi prosesin normal şəkildə tənzimlənməsi ədəbiyyatın inkişaf etdirilməsi baxımından zəruri olan bu məsələ ədəbiyyatşünaslıqda öz həllini gözləyir.

Ədəbiyyatşünaslıq elminin yeni nəsli

Ən nəhayət ən vacib məsələlərdən biri elmin bütün sahələrində, o cümlədən, ədəbiyyatşünaslıq istiqamətində yeni elmi nəslin hazırlanmasıdır. Əslində ölkəmizdə yeni nəsil elm adamlarını Zaman özü ərsəyə gətirmişdir. Milli azadlıq uğrunda gedən mübarizələrin, dövlət müstəqilliyinin möhkəmləndirilməsi yollarında baş verən hadisələrin, yaşanan ictimai-tarixi proseslərin şahidi, iştirakçısı, bir çox hallarda qurucularından biri olan yeni elmi nəsil üçün Azərbaycan elminin inkişaf etdirilməsi geniş mənada doğma ölkə, müstəqil dövlət qarşısında qəbul olunmuş öhdəlikdir. Elm yolunu seçmiş hər kəs üçün bu mühüm ümummilli vəzifələrin tərkib hissələrindən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla məqsədyönlü şəkildə həyata keçirdiyi gənclər siyasəti cəmiyyətin digər sahələri ilə birlikdə elm sahəsində, ədəbiyyatşünaslıq istiqamətində yeni nəsillərə diqqəti, qayğını tələbkarlığı daha da artırmağı tələb edir. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadənin təşəbbüsü rəhbərliyi ilə gənc alimlərin inkişafına həsr edilmiş proqramların ardıcıllıqla həyata keçirilməsi, elmin gələcəyi ilə bağlı kompleks vəzifələrin həllinə inamla baxmağa əsas verir. Milli Elmlər Akademiyasında Gənc Alim Mütəxəssislər Şurasının yaradılması, gənc alimlərin dünyanın əsas elmi mərkəzlərinə stajirovkaya göndərilməsinin təmin edilməsi, yeni elmi nəsil üçün xüsusi jurnalın təsis olunması, gənclərin sosial problemlərinin həll edilməsi sahəsində başlanan canlanma elmdə gəncliyin sabahına ümidlə baxmağa inam yaradır.

Nizami adına Ədəbiyyat İnstitutunda 2 aprel 2014- il tarixdə böyük uğurla keçirilmişƏdəbi proses–2013” yaradıcılıq müşavirəsində Azərbaycan ədəbiyyatının ayrı-ayrı janrları haqqında etdikləri məzmunlu məruzələrlə elmi mühitdə özlərini layiqincə ifadə etməyi bacarmışdır. “Ədəbi proses-2013” yaradıcılıq müşavirəsi geniş mənada həm yeni nəslin geniş elmi-intellektual imkanlarının təqdimatı kimi səslənmişdir. Rahid Ulusel, Nərgiz Cabbarlı, Elnarə Akimova, Salidə Şərifova başqaları bu yaradıcılıq müşavirəsində ədəbi prosesi dəyərləndirmək, inkişaf meyillərini müəyyən etmək mənasında müstəqil sərbəst elmi iradə nümayiş etdirmişlər. Məruzələrdəki bəzi mübahisəli məqamların ya müəyyən çatışmazlıqların da müşahidə olunmasına baxmayaraq, fikrimcə, “Ədəbi proses-2013” ümumən Akademiya mühitində, o cümlədən Ədəbiyyat İnstitutunda artıq müstəqillik dövrünün yeni elmi nəslin formalaşmaqda olması haqqında nikbin düşünməyə əsas verir.

Azərbaycan dövri mətbuatında elmi-ictimai fikrindəƏdəbi proses-2013” yaradıcılıq müşavirəsinin əsasən rəğbətlə qarşılanması, böyük əks-səda tapması yeni ədəbi nəslin geniş mənada cəmiyyətdə özünütəsdiqinə doğru tək-tək fərdlər qismində deyil, bütöv bir yaradıcı nəsil səviyyəsində yer tutması baxımından irəliyə doğru böyük addımdır, ciddi bir dönüşdür, uğurlu başlanğıcdır. Gələn ilin, 2014- ilinƏdəbi proses-2014” yaradıcılıq müşavirəsinin məruzəçilərinin indidən müəyyənləşdirilməsi janrlar üzrə bölgünün bir qədər genişləndirilməsiƏdəbi prosesmüşavirəsinin hər ilin yaddaqalan ədəbiyyatşünaslıq forumuna çevriləcəyinə inamı artırır.

Nizami adına Ədəbiyyat İnstitutununƏdəbiyyat məcmuəsiadlanan elmi əsərlər jurnalının xüsusi bir sayının yalnız gənc ədəbiyyatşünas alimlər üçün nəzərdə tutulması da ölkəmizdə dövlət səviyyəsində uğurla həyata keçirilən gənclər siyasətinin icra olunması istiqamətində atılmış daha bir addımdır. Bu, ilk sayı 1946- ildə çapdan çıxmışƏdəbiyyat məcmuəsinin bütünlüklə gənc alimlərə aid olan birinci sayıdır. Bəlkə Milli Elmlər Akademiyasının tarixində ilk dəfədir ki, Elmi-Tədqiqat İnstitutunda elmi jurnalın gənc alimlərə həsr edilmiş xüsusi buraxılışı çap olunur.

Bu hadisə yaddaqalan tarixdir elmin inkişafına xidmət edən düşünülmüş bir addımdır. İlk dəfədir ki, Nizami adına Ədəbiyyat İnstitutununƏdəbiyyat məcmuəsibu elmi-tədqiqat ocağında çalışan gənc ədəbiyyatşünaslar nəslini geniş ictimaiyyətə təqdim edir. Jurnalda məqalələri çap olunan Şəmil Sadıqov, Eşqanə Babayeva, Elnarə Akimova, Salidə Şərifova, Maral Yaqubova, Günay Qarayeva, Nərgiz Cabbarlı, Aynur Xəlilova, Səadət Vahabova, Aynurə Mustafayeva, Cavidə Məmmədova başqaları Azərbaycan ədəbiyyatşünaslıq elminin yeni nəslini təmsil edirlər. Onların sıralarında hələ özünü ifadə etmək yollarında birinci addımlarını atanlar da, doktoranturaya bu il qəbul olmuş Mehman Həsənov kimi ilk elmi məqaləsini çap etdirənlər vardır. Bütövlükdə ədəbiyyatşünaslıq elminin yeni nəsli böyük ümidlər doğurur.

Gənc alimlərƏdəbiyyat məcmuəsinin Xüsusi buraxılışının sevinci ilə məsuliyyətini eyni vaxtda yaşayırlar. Bütün hallardaƏdəbiyyat məcmuəsinin gənc ədəbiyyatşünaslar üçün Xüsusi buraxılışı gənclik üçün qiymətli, həyəcanlandırıcı, cəlbedici, elmimiz üçün əhəmiyyətli hadisədir. Gənc ədəbiyyatşünasların elmi maraq dairəsinin genişliyi, təhlil müqayisə qabiliyyəti, bir çox hallarda yetkin yazı mədəniyyəti onların sabahına böyük ümidlə baxmağa, yeni nəsildən daha ciddi nəticələr gözləməyə çağırır. BütövlükdəƏdəbiyyat məcmuəsinin xüsusi buraxılışı Azərbaycan ədəbiyyatşünaslığının yeni nəslinin imkanlarına diqqəti cəlb edir.

Eyni zamanda, Milli Elmlər Akademiyasında gedən islahatlarla əlaqədar olaraq, digər elm sahələri ilə yanaşı gənc ədəbiyyatşünasları da dünyanın ayrı-ayrı ölkələrinə yaradıcılıq ezamiyyətlərinə, bir illik, iki il müddətinə stajirovkaya da göndərmək mümkündür. Dünya ədəbiyyatşünaslıq elmində baş verən prosesləri öyrənmək inkişaf üçün əsas məsələlərdəndir. Bunun üçün xarici dilləri öyrənməyə çalışmaq lazımdır. Eyni zamanda, yeni nəsil Azərbaycan ədəbiyyatşünaslarının müasir informasiya texnologiyalarını nəinki mükəmməl bilməklərinə, bütövlükdə virtual məkanda mövcud olan elektron ədəbiyyatdan ədəbiyyatşünaslıq əsərlərindən yaradıcı şəkildə faydalanmalarına da ehtiyac vardır. Yeni vətənpərvər gənc ədəbiyyatşünaslar nəsli bu imkanlara da yiyələnməklə bir xeyli dərəcədə irəli gedə bilər. İmkanlar isə heç az deyildir.

Bu gün Azərbaycan ədəbiyyatşünaslıq elmində orta nəsil ön mövqedədir. Bu nəslin əksər nümayəndələri mükəmməl ustad dərsləri keçmiş təcrübəli ədəbiyyatşünaslardır. Eyni zamanda, hazırkı tarixi dövr həm ürək genişliyi baxımından, həm yeni elmi nəslə diqqət qayğı cəhətdən, xüsusən müdriklik səviyyəsində onların da üzərində ustad mərtəbəsinə çatmaq ustadlıq missiyasını şərəflə məsuliyyətlə yerinə yetirmək vəzifələrini qoyur. Fikrimcə, yeni ədəbiyyatşünaslar nəslinin sıralarında böyük ədəbiyyatşünaslıq miqyasında düşünə bilən, sərrast yazmağı danışmağı bacaran, mütaliəsi ilə seçilən istedadlı gənclik vardır. Vəzifə onlara yalnız tələbkar olmaqla bitmir. Yeni elmi nəslə həm meydan açmaq dəstək vermək zəruridir. Fikrimcə, yeni elmi nəslin istedadlı nümayəndələrinə Zamanın sifarişi kimi meydana çıxmış məsuliyyətli ədəbiyyatşünaslıq vəzifələrini tapşırmaqdan çəkinməyə dəyməz. Hazırda V-VII cildlər üzərində yaradıcılıq işləri davam etdirilənAzərbaycan ədəbiyyatı tarixinin müəlliflərinin sıralarında cavan ədəbiyyatşünasların da yer alması tamamilə qanunauyğundur. Həm yeni tarixi Zaman, həm yeni təfəkkür tərzi bu elmi nəsli artıq meydana çıxarmışdır. Heç şübhəsiz, yeni ədəbiyyatşünaslar nəslinin istedadlı nümayəndələrindən zəhmətə qatlaşmağa ömür sərf etməkdən mənəvi zövq almağı bacaranlar böyük ədəbiyyatşünaslığın yeni liderlərinə çevrilə biləcəklər.

İnanıram ki, Azərbaycan ədəbiyyatşünaslarının yeni nəsli müstəqillik dövrünün böyük ədəbiyyatşünaslığının yaradılmasında fəal iştirak edəcək, bütövlükdə ölkəmizin elmimizin inkişafına şərəflə xidmət edən imza sahiblərinə çevriləcəkdir.

Uğurlar olsun!

 





02.06.2014    çap et  çap et